Icma.az
close
up
RU
Seçkidə “ninja” ləqəbi alan kunq fu ustası Böyük Manipulyator

Seçkidə “ninja” ləqəbi alan kunq fu ustası Böyük Manipulyator

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Əvvəlki yazı

Böyük Manipulyator

18-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

...kölgədə olan bu adamın tərcümeyi-halı xeyli suallar doğurur. Nim şəhərindən bir neçə kilometr aralıda, Aveyron departamentinin San-Jandü-Brüel adlanan kiçik bir kəndində doğulan bu adam 1990-cı illərin sonunda, 18 yaşında paytaxta gəlir. Elə həmin il Parisin 19-cu rayonunda kunq-fu ustası Lianq Çao ilə tanış olur. Parisin Villett məhəlləsinin yaxınlığındakı idman sarayında onunla məşq edir və tezliklə Lianq Çaonun sevimli şagirdinə çevrilir. Buna görə gələcək prezidentin seçki kampaniyasındakı yoldaşları ona “ninja” ləqəbi verəcəklər.

Lianq Çao ilə tanışlıqdan sonra Şaker Asiya ilə çox maraqlanır və Çin Mandarin dilini öyrənməyə başlayır. Çox keçmir ki, o, Milli Beynəlxalq Əlaqələr və Dillər İnstitutunun, eləcə də Şərq sivilizasiyaları (INALCO) və CELSA ünsiyyət məktəbinin diplomlarını alır. Məhz elə o zaman bu adamda müdafiə məsələlərinə qarşı maraq oyanır. Beləliklə, cəmisi 24 yaşında Şaker mütəmadi olaraq IHEDN-in (Milli Müdafiə Araşdırmaları İnstitutu) kurslarında iştirak etməyə başlayır və özünə yaxşı çevrə toplayır. Müəllimlərinin dediyinə görə, o, çox parlaq və istedadlı bir tələbə olub. Çünki cəmisi bircə il sonra Şaker Parisdəki Siyasi Elmlər İnstitunun ictimai əlaqələr üzrə magistr dərəcəsini alır. Bütün bu diplomlarla silahlanan cavan oğlan 2007-ci ildə ilk dəfə olaraq Çinə yola düşür. Orada, daha doğrusu, Fransanın Şanxaydakı baş konsulluğunda müqavilə ilə universitetlərarası rəsmi əlaqələr üzrə baş icraçı kimi fəaliyyətə başlayır. Jurnalist Frank Renonun sözlərinə görə, “o, (Lüdovik Şaker) Çini yaxşı tanıyırdı və fəaliyyət göstərdiyi sahə, onun, əslində, kim olduğunu və nə mənsəbə qulluq elədiyini ört-basdır etmək üçün yaxşı bir pərdə idi...”.

Konsulluğun əməkdaşlarından biri onu da qeyd edir ki, “o, (Lüdovik Şaker) xüsusi bir missiya üçün Şanxay şəhərindən çıxanda, biz onun hara getdiyini və getdiyi yerdə nə işlər gördüyünü bilmirdik...”. Şaker tez-tez Konsulluğun təhlükəsizlik şöbəsinin rəisi ilə bir yerdə olur. Bundan başqa, o, konsulun əmri ilə “adanın başçısı” təyin olunur. Yəni ölkə (Çin) böhran vəziyyətinə düşərsə, fransız vətəndaşlarının qayğısına qalmaq, onlara ölkədən (Çin) çıxıb vətənlərinə qayıtmağa kömək göstərən qrupun rəhbəri. Onda qəribə bir vərdiş də var: Şaker həmişə üstündə kunq-fu bıçağı gəzdirir. Məhz o dövrdə gənc Lüdovik bir yerdə yaşadığı bolqar qızı ilə mülki nikah kəsdirməyə qərar verir. 2010-cü il Ümumdünya Sərgisindən bir neçə ay əvvəl, o, Şanxayda, Fransa-Çin şəbəkələri ilə də əlaqəyə girir, xüsusilə Pekində yerləşən fransızların Çindəki Mədəniyyət Mərkəzinin müşaviri Fransis Nizet ilə yaxından tanış olur. Sağçılar partiyası ilə Fransa Demokratik Partiyası arasında var-gəl edən Nizet, sağçılar partiyasından Makronu ilk dəstəkləyən Reno Dütrey ilə yaxın dostdur. Çində olanda, Şaker, həmçinin Jan-Pier Raff aran (keçmiş Baş nazir) və Tur şəhərinin ovaxtkı meri – öz şəhərini Çində tanıtmaq üçün tez-tez ora səfər edən Jan Jerman ilə də görüşür.

JUE-LE-TUR ŞƏHƏRCİYİNDƏKİ TURİST

Jue-le-Tur Centre-Val de Luire bölgəsində, İndre-et-Luara depar[1]tamentində, Tur şəhərinin cənub-qərbində yerləşən şəhərcikdir. Əhalisi, təxminən, 39 000 nəfərdir. 2009-cu ilin yayında Lüdovik Şaker Fransaya qayıdır və tezliklə Jue-le-Tur şəhərciyinin meriyasında kabinet müdiri təyin olunur. Nəyə görə? Lüdovik Şaker hara, meriyada kabinet müdiri olmaq hara? Bu təyinatdan təəccüblənən meriyadakı məmurlar heç nə başa düşə bilmirlər. Onların həm özlərinə, həm də bir-birlərinə verdikləri suallar cavabsız qalır. Əvvəla, Lüdovik Şakerin yerli hakimiyyət orqanlarında heç bir təcrübəsi yoxdur. Bundan başqa, onun heç Sosialist Partiyasına mənsub olduğunu sübut edən kartı da yoxdur. (Lüdovik Şaker sosialist də deyil). Məsələ burasındadır ki, bu təyinat Jue-le-Tur şəhərciyinin meri sosialist Filip Le Bretonun şəxsi qərarıdır. Turizm və aqlomerasiyanın iqtisadi inkişafı üzrə vitse-prezident olan Filip Le Breton bu cavan oğlanla harada və necə tanış olduğunu, onu bu vəzifəyə nə üçün təyin etdiyini heç kimə açıqlamır. Ancaq iclasların birində qısaca qeyd edir ki, onun (Lüdovik Şaker) daşdan keçən bir CV-si var. “Hobbisi də balıqçılıqdır”, – deyə heyrətə düşən müavinlərinin qarşısında hələ zarafat da edir.

Ardı var…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri