Icma.az
close
up
RU
Seçkidən sonra Azərbaycanla münasibət BELƏ OLACAQ KONKRET

Seçkidən sonra Azərbaycanla münasibət BELƏ OLACAQ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri Zəngəzur dəhlizinin açılmasına müəyyən təsirləri ola bilər. Burada əsas məsələ seçkilərin hansı nəticə ilə yekunlaşacağıdır.

Əgər seçkilər hazırkı hakimiyyətin qələbəsi ilə yekunlaşarsa və bundan sonra referendum keçirilərsə, həmçinin Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən iddialar aradan qaldırılarsa, bu, regionda sabitliyin təmin olunması baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Seçkilərin nəticəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki hazırkı hakimiyyət sülh gündəliyini və kommunikasiyaların açılmasını dəstəkləyir. Xüsusilə Vaşinqtonda keçirilən görüşdə bu istiqamətdə müəyyən razılaşmaların əldə olunduğu qeyd edilir. Əgər mövcud hakimiyyət yenidən qalib gələrsə, bu məsələlərin praktik həllinə doğru irəliləyiş mümkün görünür.

Lakin müxalif qüvvələrin mövqeyi fərqlidir. Onlar Zəngəzur dəhlizi ideyasına qarşı çıxır, eyni zamanda, sülh prosesinə daha ehtiyatlı və ya mənfi yanaşırlar. Müxalifət daxilində Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyən və əvvəlki münaqişə ritorikasını davam etdirən qüvvələr də mövcuddur. Bu isə revanşist meyllərin qalması deməkdir və sülh prosesini çətinləşdirə bilər”.

E.Səftərov qeyd edir ki, məsələ yalnız Ermənistanın daxili siyasəti ilə məhdudlaşmır.

“Burada ciddi geosiyasi faktorlar da rol oynayır. ABŞ, Rusiya, İran və müəyyən mənada Çin kimi aktorların maraqları bu layihəyə təsir edir. Xüsusilə son illərdə dünyada baş verən münaqişələr alternativ enerji, ticarət və logistika marşrutlarına marağı artırıb. Bu kontekstdə Azərbaycanın da daxil olduğu Orta Dəhliz və Zəngəzur dəhlizi həm regional, həm də qlobal səviyyədə yüksək strateji əhəmiyyət daşıyır. Bu layihələrin reallaşması təkcə region ölkələri üçün deyil, daha geniş ərazi baxımından iqtisadi və nəqliyyat imkanlarını genişləndirə bilər”.

O, sonda qeyd edib ki, hazırda hüquqi mexanizmlər, təhlükəsizlik məsələləri və tərəflərin rolları ilə bağlı danışıqlar davam edir, müəyyən razılaşmalar əldə olunsa da, bu məsələlər hələ tam həllini tapmayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri