Icma.az
close
up
RU
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi KONKRET

Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Görüş indiki məqamda çox mühümdür və diqqət çəkir.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, əvvəla, Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfər etməsi tarixi hadisədir. Müqayisə üçün deyim ki, bu günə qədər Ermənistana səfər edən ən yüksək səviyyəli Azərbaycan rəsmisi baş nazirin müavini Şahin Mustafayev idi. Bu mənada H.Hacıyevin səfəri həm də Bakı-İrəvan təmaslarının səviyyəsinin yüksəldiyini göstərir.

Mənə görə, səfər və görüş iki mühüm detal baxımından diqqət çəkir.

Birincisi, səfər Ermənistanda parlament seçkilərindən sonra baş tutdu. Rəsmi Bakı seçkiləri yaxından izləyirdi. Hətta deyə bilərəm ki, seçkilərin nəticəsi də bizim üçün məqbuldur.

Bakı bu addımla İrəvandakı seçkilərin nəticəsini tanıdığının mesajını verir. Düşünürəm ki, bu, bir müddətdir “Prezident İlham Əliyev niyə seçkilərdən sonra Ermənistanın baş nazirini təbrik etmədi?” suallarına da dolayı cavabdır.

İkincisi, görüşün Dilican şəhərində baş tutması diqqət çəkir. Belə ki, Ermənistanın Tavuş vilayətində yerləşən bu şəhər ölkənin ən sakit və mənzərəli bölgələrindən biri hesab olunur və tez-tez “Ermənistanın İsveçrəsi” adlandırılır. İrəvandan fərqli olaraq, Dilican siyasi mərkəz deyil və daha çox istirahət, turizm və beynəlxalq tədbirlərlə tanınır.

Müqayisə üçün deyim ki, son zamanlar rəsmi Bakı da mühüm və mötəbər qonaqları Qəbələdə qəbul edir. Bu mənada Qəbələ-Dilican paraleli aparmaq olar.

Dilican həm də Azərbaycan sərhədinə yaxındır. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin uğurla məhz bu regionda aparılması görüş yeri baxımından ərazini uyğun edir.

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan danışıqları üç istiqamətdə aparılır:

1.Dövlət rəsmiləri səviyyəsində;

2.Delimitasiya və demarkasiya komissiyalarının görüşləri kontekstində;

3.Vətəndaş cəmiyyəti nümayəndələri arasında.

Üç istiqamət olsa da, məqsəd birdir. Bununla belə, hər üç istiqamət sülhün davamlılığı və qalıcılığı üçün mühümdür. Hikmət Hacıyev-Armen Qriqoryan danışıqlarında bu məqamlara toxunulması prosesin gedişatından tərəflərin məmnun qaldığını və inkişaf etdirilməsini arzuladıqlarını deməyə əsas verir.

Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər. Növbəti görüşün Azərbaycanda keçiriləcəyinin təsdiqlənməsi də müsbət hadisədir. Ümumiyyətlə, bu, tərəflər arasında qarşılıqlılıq prinsipinin formalaşdığını göstərir.

Prinsip etibarilə, Hikmət Hacıyevin Ermənistana səfərindən sonra Armen Qriqoryanın da Azərbaycana gəlməsi mümkündür. Ümumiyyətlə, hər hansı erməni rəsmisinin Azərbaycana gəlməsində problem yoxdur. Rəsmi Bakı istər təhlükəsizlik tədbirlərini, istərsə də diplomatik normaları qoruyur və onlara riayət edir.

İndiki məqamda Bakı ilə İrəvan arasında davamlı dialoq mexanizminin saxlanılması çox vacibdir. Xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi, delimitasiya və demarkasiya prosesinin davamı, liderlər səviyyəsində görüşlərin vaxtı və yerinin müəyyən edilməsi, eləcə də yekun sülh müqaviləsinin imzalanacağı vaxt və məkanın müəyyənləşdirilməsi baxımından bu davamlılıq zəruridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri