Icma.az
close
up
RU
Seçkilər: Türk əsilli qadın Berlinin ilk bələdiyyə sədri ola bilər!

Seçkilər: Türk əsilli qadın Berlinin ilk bələdiyyə sədri ola bilər!

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Almaniyanın iki federal əyalətində - paytaxt Berlində və Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərdə ilkin nəticələr açıqlanıb.

Axar.az xəbər verir ki, Berlində yerli qanunverici orqan olan Deputatlar Evinə seçkilərin ilkin nəticələrinə əsasən, əsas namizədi Türkiyə əsilli Elif Eralpın olduğu Sol Partiya 24,8 faiz səslə liderlik edir. Partiya əvvəlki seçkilərlə müqayisədə öz nəticəsini iki dəfə yaxşılaşdırıb.

Xristian Demokratlar İttifaqı (CDU) 20 faiz səslə ikinci, Almaniya üçün Alternativ (AfD) partiyası 15,7 faizlə üçüncü sıradadır. Yaşıllar Partiyası səslərin 15 faizini, Sosial Demokratlar Partiyası (SPD) 12 faizini, Sahra Vaqenknext İttifaqı (BSW) isə 5 faizini toplayıb. Azad Demokratlar Partiyası (FDP) 2,4 faiz səslə müəyyən edilmiş həddi keçə bilməyib. Digər partiyalar isə ümumi səslərin 5,1 faizinə sahib olublar.

Bu vəziyyətdə 159 yerlik Deputatlar Evində Sol Partiya 43, CDU 34, AfD 27, SPD 21, BSW isə 8 mandat qazanır.

Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən seçkilərdə isə gözlənildiyi kimi AfD birinci partiya olub. İfrat sağçı partiya səslərin 37,1 faizini toplayıb. Partiya əvvəlki seçki ilə müqayisədə 20 faiz çox səs toplayıb. Əyalətin hazırkı Baş naziri Manuela Şveziqin partiyası SPD 35,6 faiz səslə ikinci olub. Sol Partiya 7,4 faiz, Yaşıllar 5,5 faiz, CDU 5,4 faiz, BSW 5 faiz səs toplayıb. Bununla da 71 yerlik əyalət parlamentində AfD 27, SPD 26, Sol Partiya 6, CDU, Yaşıllar və BSW hər biri 4 mandat qazanırlar.

Qeyd edək ki, Elif Eralp qurulacaq koalisiya hökumətinə rəhbərlik edəcəyi təqdirdə Berlinin miqrant əsilli ilk bələdiyyə sədri olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Sentyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri