Seçkilərdə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb AÇIQLAMA
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ölkə üzrə 685 bələdiyəyə 8071 üzv seçiləcək. Artıq 3 min nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb”.
Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Komissiya sədrinin sözlərinə görə, indiyədək hər hansı xoşagəlməz hal ilə bağlı müraciət daxil olmayıb. Seçkilərə hazırlıqla əlaqədar bütün addımlar Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq atılır:
“Hansısa mübahisə yaranıbsa və onun hüquqlarına süni şəkildə müdaxilə edilibsə, bu halların qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək. Hansısa mübahisəli məsələ olanda və orada qanun pozuntusu faktını təsdiqləmək mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası namizədin lehinə qərar çıxarır”.
Baxış sayı:79
Bu xəbər 12 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















