Seçkilərin nəticəsi ilə bağlı məhkəməyə müraciət edəcəklər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistan” bloku ölkədə keçirilən parlament seçkilərinin nəticəsi ilə bağlı Konstitusiya məhkəməsinə müraciət edəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı mətbuat konfransında partiyanın nümayəndəsi və deputatlığa namizəd İşxan Saqatelyan açıqlayıb.
Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı iş aparılır və Ermənistan Mərkəzi Seçki Komissiyası yekun nəticələri açıqladıqdan sonra blok məhkəməyə müraciət ünvanlayacaq.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də baş tutub. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, hakim “Vətəndaş müqaviləsi” partiyası 49,825% səs toplayıb. Müxalif “Güclü Ermənistan” bloku isə səslərin 23,281%, “Ermənistan” bloku 9,934%, “Çiçəklənən Ermənistan” partiyası isə 3,99%-ni toplaya bilib. Sonuncu partiyanın nəticəsi 4 faizlik keçid həddindən 0,01 faiz geri qalır və bu səbəbdən parlamentdə mandat əldə edə bilməyib. Bununla belə, partiya səslərin yenidən hesablanması üçün Ermənistan MSK-ya müraciət edib. Seçkilərin yekun nəticəsi iyunun 14-də elan olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 09 İyun 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















