Icma.az
close
up
RU
Seçkiyə sayılı günlər qalır...

Seçkiyə sayılı günlər qalır...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyada yeni kabineti kim formalaşdıracaq?

Almaniyada yeni parlament seçkilərinə sayılı günlər qaldı. Xatırladaq ki, Almaniyada erkən parlament seçkiləri 2025-ci il fevralın 23-də keçiriləcək. Bu seçki 2025-ci ilin payızında baş tutmalı idi - lakin ötən ilin sonlarında hakim koalisiya daxilində yaranan ziddiyyətlər və böhran nəticə etibarı ilə komandanın dağılması ilə nəticələndi. FDP lideri Kristian Lindnerin 2024-cü il noyabrın 6-da maliyyə naziri vəzifəsindən istefa verməsi nəticəsində kansler Olaf Şoltz Bundestaqda etimad səsverməsinin keçiriləcəyini elan etdi və 2025-ci ilin fevralına yeni seçkilər təyin olundu.

Namizədlər kimdir?

Qeyd edək ki, keçiriləcək parlament seçkilərində beş partiya federal kansler vəzifəsinə namizəd irəli sürəcək - göründüyü kimi, bu dəfə namizədlərin sayı daha çoxdur. Təbii ki, şanslar da bir az fərqli dəyərləndirilir. Məsələn, hazırki kansler Olaf Şoltz sosial demokratların (SPD) namizədidir. O, 1958-ci ildə Osnabrükdə anadan olub, Hamburqda böyüyüb və hüquqşünas kimi təhsil alıb. 1975-ci ildən SPD-nin üzvüdür. Şoltz Hamburqun meri, Bundestaqın üzvü və kansler Angela Merkelin dövründə maliyyə naziri olub. Namizəd daha çox partiyasının mühafizəkar qanadını təmsil edir. Sorğulara görə, onun yenidən kansler olmaq şansı azdır.

Xristian demokratlar (CDU/CSU) blokundan seçkidə namizəd kimi Fridrix Mertz irəli sürülüb. O, 1955-ci ildə Sauerlend bölgəsinin Brilon şəhərində anadan olub, hüquqşünasdır. Mertz 1972-ci ildən XDİ-nin üzvü, 2022-ci ildən isə parlament qrupunun sədridir - əsas müxalifət lideridir. Mertz 1994-cü ildən Bundestaqın üzvü olub, lakin Angela Merkellə fikir ayrılığı səbəbindən 2009-cu ildə seçkidə iştirak etməyib. 2021-ci ildə isə yenidən Bundestaq deputatı seçilib. Mertz iqtisadi cəhətdən liberal və sosial mühafizəkar siyasətçi hesab olunur. Sorğulara görə, onun yeni Bundeskansler olmaq şansı ən yüksək sayılır.

Almaniyanın Azad Demokrat Partiyasının (FDP) sədri  Kristian Lindner də kanslerliyə namizədlərdən sayılır. Keçmiş maliyyə naziri Lindner 1979-cu ildə Vuppertalda anadan olub və 16 yaşında FDP-yə qoşulub. Politoloq və ehtiyatda olan zabit Şimali Reyn-Vestfaliya ştatının parlamentində, 2009-cu ildən isə fasilələrlə Bundestaqda təmsil olunub. Məhz onun istefası siyasi böhrana və 23 fevral seçkisinə yol açıb. Lindner iqtisadi cəhətdən liberal siyasətçi sayılır, lakin sorğulara görə, onun partiyası beş faizlik baryer səbəbilə Bundestaqda yer almaya bilər.

Yaşıllar Partiyasının kanslerliyə namizədi isə iqtisadiyyat naziri Robert Habekdir. 1969-cu ildə Lübekdə anadan olub, almanşünaslıq üzrə doktorluq dərəcəsi alıb və 2002-ci ildən Yaşıllar Partiyasının üzvüdür. Daha sonra Şlezviq-Holşteyn ştatının hökumətində nazir və baş nazirin müavini olub. İndiki hökumətdə o, vitse-kansler vəzifəsini tutur. Partiya daxilində Habek iqtisadiyyatda və cəmiyyətdə ekoloji dəyişikliklərin kifayət qədər praqmatik tərəfdarı hesab olunur. Son sorğulara görə, onun kansler olmaq şansı azdır.

Siyahıda, həmçinin son partiyanın iki namizədi, həmçinin AFD-nin namizədi Alisa Veydel və başqaları da var.

Fikirlər fərqlidir...

Qeyd edək ki, seçkiqabağı kampaniyalarda əsas müzakirə predmeti sosial-iqtisadi durum, eləcə də Ukrayna ilə bağlı mövqedir.  XDİ-nin namizədi Fridrix Mertz neytral olmadığını, Ukraynanın tərəfində olduğunu deyir. Veydel isə sülh yaradacağını və müharibəni həll edəcəyini bildirir. O, Mertzin Ukraynaya güclü “Taurus” qanadlı raketləri göndərmək təklifinin Rusiyaya qarşı təxribat olduğunu bildirir və ABŞ prezidenti Donald Trampın sülh danışıqlarının irəliləyişinə dair səylərini yüksək qiymətləndirir. “Yaşıl namizəd” Habek də daxil olmaqla digər namizdələr isə Mertzin mövqeyini dəstəkləyirlər.

İqtisadi blokda da fikirlər haçalanır - Mertz bildirir ki, ölkənin iqtisadi problemlərinin həllinin açarı bürokratiyanı nəzarət altına almaqdır. O, həmçinin bildirib ki, keçmiş hökumətin Almaniyanın enerji böhranının ən qızğın çağında atom elektrik stansiyalarını bağlamaq qərarı elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olan səhvdir. Habek isə Almaniyanın zəif iqtisadi göstəricilərində ucuz rus qazının olmaması və ixrac bazarının daralmasının rol oynadığını bildirib.

Onun sözlərinə görə, Almaniyanın daha az bürokratiyaya və infrastruktura, qatarlara və körpülərə, eləcə də rəqəmsallaşmaya ehtiyacı var - Almaniyanın daha çox investisiyaya ehtiyacı var. O, həmçinin qeyd edib ki, varlılarla kasıblar arasında uçurum getdikcə genişlənir. Sosial Demokrat (SPD) namizədi Olaf Şoltz da bəzi məsələlərdə Habek ilə razılaşır. Veydel isə bildirir ki, onun partiyası həm ABŞ, həm də Çin ilə yaxşı münasibətlərə açıqdır.

Yeni koalisiya yarana bilər...

Seçkiöncəsi duellərin (debatlar) nəticələri isə rəy sorğularında öz əksini tapır. “Forsa” anketinin nəticələrinə görə Mertz duellərdən qalib çıxır və səslərin 32 faizi onun lehinədir. Ən çox bəyənilən isə Habekdir - respondentlərin 34 faizi onun fikirləri ilə şərikdir. Buna baxmayaraq, yalnız 13 faiz insan Habekin ölkəyə rəhbərlik edəcəyinə inanır - bunun qarşılığında Mertzə inam 42 faizdir. “YouGov”-un son sorğusuna görə də Mertz ölkənin növbəti ehtimal lideri ola bilər. Ötən bazar günü Mertz SPD və hətta Yaşıllarla koalisiyaya girməyə hazır olacağını söyləyib.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri