Misir Səudiyyə Ərəbistanına hərbi qüvvə və HHM sistemləri yerləşdirib
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misir silahlı qüvvələrinin bölmələri Səudiyyə Ərəbistanı ərazisində yerləşdirilərək, krallığın kritik əhəmiyyətli infrastrukturunu husilərin hücum ehtimalından mühafizə edir.
Moderator.az "France 24" telekanalına istinadla xəbər verir ki, müvafiq məlumatı Misirin xarici işlər naziri Bədr Abdel Atı açıqlayıb.
"Səudiyyə Ərəbistanındakı bacı və qardaşlarımızın müraciəti əsasında (husilərlə mübarizəyə kömək məqsədilə - red.) artıq hərbi mövcudluğumuzu təmin etmişik və hazırda bu iştirakı daha da genişləndiririk", - deyə nazir bildirib.
O diqqətə çatdırıb ki, hərbi kontingentin fəaliyyəti tamamilə müdafiə xarakteri daşıyır və eyni zamanda, İslam dünyası üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Birləşmiş Ərəb Əmirliklərinin "The National" nəşrinin mənbələrə əsaslanan məlumatına görə, proses Səudiyyə Ərəbistanına yüzlərlə hərbçi ilə yanaşı, zirehli maşınların, zenit-raket komplekslərinin və "yer-yer" sinfinə aid raketlərin dislokasiyasını əhatə edir.
Xüsusən, göndərilən hərbi texnikalar sırasına aşağı hündürlükdə uçan raketləri və pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək imkanına malik Misir istehsalı "Amoun" hava hücumundan müdafiə sistemi də daxil edilib.
Bu bəyanat Qahirə tərəfindən Səudiyyə Ərəbistanına hərbi qüvvə və texnika göndərilməsi faktının ilk rəsmi təsdiqi hesab olunur.
Xatırladaq ki, bundan öncə Misirin Milli Müdafiə Şurası və parlamentin aşağı palatası (Nümayəndələr Palatası) "müdafiə sahəsində dəstək" nümayiş etdirmək üçün Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərarı təsdiq etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 11 Noyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















