Icma.az
close
up
RU
“Sədərək” ticarət mərkəzində qadınlar arasında dava: İkisi şikayətçidir, biri isə... TƏFƏRRÜAT

“Sədərək” ticarət mərkəzində qadınlar arasında dava: İkisi şikayətçidir, biri isə... TƏFƏRRÜAT

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Bakının Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzində qadınlar arasında mübahisə cinayətlə nəticələnib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Sevil qonşu mağazada işləyən Pəri və Fəridəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

İttihama görə, Sevil 8 dekabr 2023-cü ildə saat 16 radələrində “Sədərək” ticarət mərkəzində onunla yanaşı mağazada çalışan Fəridənin geyim paltarlarının, manikeninin ona maneçəlik törətməsini bəhanə gətirərək onları səliqəsiz vəziyyətə salıb. Heç bir səbəb olmadan mübahisə yaradıb. Əvvəlcə Fəridənin boğazından tutaraq dizləri üstə yerə çırpıb, sonra saçlarını yolub.

Daha sonra dəmir boru ilə Fəridəni vurub.

Bundan başqa, 21 yanvar 2024-cü ildə saat 12 radələrində mağazasının qarşısında yenidən Fəridənin satışda olan geyim paltarlarının, manikeninin ona mane olduğu bəhanəsiylə mübahisə yaradıb. Münaqişə zamanı Fəridənin üzərinə hücum çəkib.

Həmin vaxt onu sakitləşdirmək istəyən Pərini paltar asmaq üçün nəzərdə tutulmuş dəmir boru ilə vurub.

İstintaq orqanı tərəfindən Sevilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sevil özünü qismən təqsirli bilib. O göstərib ki, qonşu mağazada satıcı işləyən Fəridə onu söydüyü üçün mübahisə yaranıb. Əlində paltar asmaq üçün dəmir boru Fəridənin üstünə getsə də, onu vurmayıb.

Sevil bildirib ki, zərərçəkmiş şəxslərlə barışıb. Törətdiyi əməldən peşman olan təqsirləndirilən şəxsin sözlərinə görə, 1-ci qrup əlil “dializ” xəstəsi olan anasına və xəstə bacısına baxır, ailənin yeganə qazanc gətirənidir.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi ifadəsi də məhkəmədə açıqlanıb. Həmin ifadədə göstərib ki, "Sədərək"də geyim paltarı sataraq ticarət ilə məşğul olub: “Sağ yan tərəfimdə, qonşu mağazada Fəridə adlı qadın işləyir. O, daim mənə atmaca ataraq sataşır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 8 dekabr 2023-cü ildə saat 16 radələrində manekeni təmizləyərkən Fəridə nə üçün onun manekenini itələdiyini deyib və üzərinə hücum edib: “Söyüşlərlə məni təhqir etdi. Onun sözlərini özünə qaytardım. Aramızda münaqişə yarandı. Fəridə saçımdan yoldu, mənə yumruq və təpik atdı. Mən də həmin hərəkətləri onun özünə etdim. Qonşu mağazada işləyən şəxslər bizi ayırdı. Münaqişə təxminən 5-10 dəqiqə çəkdi. Fəridə mənim saçımı yolsa da, Məhkəmə Tibbi ekspertizasından keçməkdən imtina etmişəm”.

Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, 21 yanvar 2024-cü ildə saat 12 radələrində mağazada olarkən yenə Fəridə mağazanın qarşısında olan mallarının ona maneçilik törətməsi adı ilə geyim paltarlarını səliqəsiz vəziyyətə salıb, üzərinə hücum çəkərək onu təhqir edib: “Əlləri ilə saçlarımı yolduğu üçün aramızda münaqişə yarandı. Qonşu mağazada işləyən şəxslər bizi aralaşdırdı.

Münaqişədə qonşu mağazada işləyən Pəri də Fəridəni müdafiə edərək məni təhqir etdi, məni vurdu. Buna görə Pərinin də hərəkətlərini özünə qaytardım. Pərini ümumiyyətlə vurmamışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Pərinin sözlərinə görə, "Sədərək" ticarət mərkəzində geyim paltarları satır: “Sevil adlı qadın da qonşu mağazada ticarətlə məşğul olur. Lakin o, daim, demək olar ki, hər gün heç bir səbəb olmadan qonşu mağazada işləyən Fəridəni mallarının ona maneçilik törətməsini bəhanə gətirərək söyüşlərlə təhqir edib. Hər dəfə onu sakitləşdirməyə çalışsaq da, buna məhəl qoymayıb, hərəkətlərini davam etdirib.

8 dekabr 2023-cü ildə saat 16 radələrində işlədiyim mağazada olarkən Sevilin yüksək səslə söyüşlərlə Fəridəni təhqir etdiyini eşitdim. Yaxınlaşdıqda gördüm ki, Fəridəninn üstünə hücum edərək onu söyüb təhqir edir. Əvvəlcə boğazından tutaraq onu boğmağa çalışdı. Sonra onu dizləri üstə yerə çırpdı. Elədiyi hərəkətlər azmış kimi mağazasından paltar asmaq üçün nəzərdə tutulmuş dəmir borunu götürdü və Fəridənin təpəsinə vurmaq istədi. Sevili Fəridədən güclə ayırdıq”.

Pəri qeyd edib ki, 21 yanvar 2024-cü ildə saat 12 radələrində də həmişə olduğu kimi yenə Sevilin yüksək səslə söyüşlərlə Fəridəni təhqir etdiyini eşidib: “Yaxınlaşanda gördüm ki, Sevil mağazasının içərisində Fəridənin saçlarından tutaraq yolur. Sevili Fəridədən güclə ayırdıq. Sevil onu ayırdığıma görə irad tutdu, guya Fəridəni müdafiə etməyimə görə məni də nalayiq söyüşlərlə təhqir etdi. Daha sonra paltar asqısı olan dəmir boru ilə üstümə hücum etdi, başımın təpə nahiyəsindən zərbə endirərək mənə xəsarət yetirdi. Qonşu mağazada işləyən şəxslər Sevili məndən ayırdılar”.

Bu işə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il şərti cəza verilib.

Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində yaşadığı Binəqədi rayonundakı evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 01 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri