“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu “Bakı Ərazi İdarəsi”ni məhkəməyə verdi Yeni Çağ Media
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
Yenicag.az xəbər verir ki, tərəflər arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. Lakin işin təfərrüatları bəlli deyil.
Mehman Qədimbəylinin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Səlma Salahova iş üzrə hakim təyin edilib.
Mehman Qədimbəyli Prezident Adminstrasiyasının ləğv edilmiş ictimiai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun köməkçisi olub.
Bundan başqa, ötən il Türkiyədə həbs edilən azərbaycanlı “tiktoker”lərin siyahısında onun da adı keçirdi.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:Sədərək Ticarət Mərkəzinin yaxınlığında yanğın VİDEO
24 Avqust 2025 12:12
Sədərək ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
13 Oktyabr 2025 23:38
“Sədərək” ticarət mərkəzinin anbarındakı yanğın tam söndürülüb FOTO YENİLƏNİB
25 Avqust 2025 15:24
Sədərək ticarət mərkəzində ÖLÜM
29 Avqust 2025 15:24
Sədərək Ticarət Mərkəzində QALMAQAL
14 Oktyabr 2025 08:20
Baxış sayı:118
Bu xəbər 14 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















