Icma.az
close
up
RU
“Sədərək Yusif”lə bağlı növbəti qalmaqal: “Sakinləri razı salmaq əvəzinə mətbuatı susdurur” KONKRET

“Sədərək Yusif”lə bağlı növbəti qalmaqal: “Sakinləri razı salmaq əvəzinə mətbuatı susdurur” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilən və “Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynov Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli ünvanda mənzillərini uçurtduğu narazı sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır.

KONKRET.az xəbər verir ki, E.Hüseynov pravda.az-la əlaqə saxlayaraq, kobud formada sakinlərin iddialarının yalan olduğunu bildirib. O qeyd edib ki, binalar məhkəmə qərarı əsasında, polis əməkdaşlarının müşayiəti ilə sökülür.

Şikayətin dərc edilməsinə görə narahat olduğu görünən şirkət rəhbəri mövqe bildirmək, məsələyə aydınlıq gətirmək əvəzinə, media subyektini mühakimə edib ki, məlumat mövqe olmadan dərc olunub, ona görə də “prokratura”ya (prokurorluq-red) şikayət edəcək. Bina sökən iş adamı medianı sakinlərlə qarışıq salmamalıdır. Pravda.az olaraq, vətəndaşların mənzillərini sökən şirkət rəhbərinə bildirdik ki, yazı dərc edilməzdən öncə, qarşı tərəflə, yəni məsul şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Əməkdaşımız hətta Y.Qədimbəylinin adı hallandığından “Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O da bildirib ki, bu suala cavab verə bilməz. Media qurumu olaraq, nə mümkündürsə etmişik. E.Hüseynovun narazılığı mövqe bildirməklə bağlı idisə, qanunvericiliyin tələblərinə uyğun olaraq, biz ona şərait yaratmışıq. Yox, əgər niyyət şikayət materialının saytda dərc edilməsini əngəlləməkdirsə, bu, mümkün olmayacaq. Prosesin gedişi də belə davam edəcək. Bu cür hallar hər zaman müşahidə edilir: Yazı dərc edilməzdən öncə qarşı tərəf axtarılır, amma əlaqə saxlamaq mümkün olmur, amma yazı dərc edildikdən sonra qəfil peyda olaraq, “mövqe davası”na çıxırlar.

Üstəlik yaydığımız materialda sakinlərdən birinin vəkilinin videomüraciəti də var. Digər vəkil Əkrəm Həsənov da MTK-dan şikayətçidir, dəfələrlə məsələyə toxunub. Şirkətin bu qədər fakta qarşı ciddi arqumenti varsa, təqdim etsin. Ümumi sözlərlə məsələ həll edilmir. Bəlkə gəlib redaksiyanı da sökmək fikrinə düşəsiniz?! Ölkə rəhbərliyi gecə-gündüz vətəndaşların qayğıları ilə maraqlanır, problemlərin həll edilməsinə çalışır, Qarabağı qurur, “Böyük qayıdış” həyata keçirir, insanları evlə, mənzillə, iş yeri ilə təmin edir. Belə olan vəziyyətdə Bakının mərkəzində 5-10 ustadan ibarət komanda vətəndaşları narazı salır. “Kursus-Nizami”nin rəsmi və qeyri-rəsmi rəhbərliyi bilməlidir ki, mülkiyyət hüququ toxunulmazdır. Şikayət varsa, deməli, narazılıq var. Vətəndaşı mütləq razı salmaq lazımdır. Bu, qanunun tələbidir. Belə hallara görə Avropa Məhkəməsinin xeyli qərarı var ki, mülkiyyət hüququ pozulub. Ölkə daxilində baş verən məsələ niyə Avropa Məhkəməsinədək gedib çıxmalıdır?

Yəqin ki, baş verənlərdən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məlumatlıdır. Çünki sakinlərin bildirdiyinə görə, adıçəkilən qurumlara da müraciət ünvanlanıb. Ümid edirik, qanunun tələbi nədirsə, ona uyğun da tədbir görüləcək.

Şikayətlə bu linkdən tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri