Icma.az
close
up
RU
Şəfa baş məşqçisini niyə dəyişib? İdman direktoru təfərrüatı açıqladı

Şəfa baş məşqçisini niyə dəyişib? İdman direktoru təfərrüatı açıqladı

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Azərbaycan II Liqasının iddialı komandalarından olan "Şəfa"da baş məşqçi istefası haqda məlumat vermişdik. Paytaxt təmsilçisi baş məşqçisi Nadir Əliyevi köməkçiləri ilə birgə istefaya göndərib. Hətta komandanın bir neçə oyunçusuna da qapını göstərən rəhbərliyin bu addımı atmasına səbəb son iki turdakı nəticələrin olduğunu bildirmişdik. 
Redaksiyamızla əlaqə saxlayan klubun idman direktoru Elvin Ələsgərov xəbəri təsdiqləməklə yanaşı, təfərrüatları açıqlayıb.

Klub funksionerinin Fanat.Az-a açıqlaması belə olub:

"Bəli, Nadir müəllimi baş məşqçi vəzifəsindən çıxartmağa qərar verdik. Bununla belə, o, klubumuzdan birdəfəlik ayrılmayacaq. Nadir müəllimə vəzifə veriləcək. Hazırda bununla bağlı müzakirə gedir. Ona məşqçi və insan kimi hörmətimiz böyükdür. Sadəcə, klubun planları var. Birinci Liqaya, Premyer Liqaya çıxmağa iddialıyıq. "Şahdağ Qusar"a 1:7 hesablı məğlubiyyət isə bu iddiaya uyğun nəticə olmadı. Ümumiyyətlə, heyəti gücləndirməyi qərara almışıq. Komandaya 8 yeni oyunçu cəlb ediləcək. Təbii ki, gedənlər də olacaq. Bu barədə yaxın günlərdə məlumat paylaşılacaq. 

Artıq yeni çalışdırıcımız da böyük ölçüdə bəllidir. Elgiz Əliyevlə (Kərimli-red) danışıq aparırıq, münasibətləri rəsmiləşdirməyə çalışırıq. İstəyirəm biləsiz ki, "Şəfa" peşəkarlaşma istiqamətində addımlayan klubdur. Neqativ xəbərlərin getməsi bizi narahat etməyə bilməz".  

Qeyd edək ki, "Şəfa" ilk dövrədən sonra hazırda 34 xalla 2-ci yerdə qərarlaşıb və liderdən cəmi 2 xal geri qalır.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri