Şəfa ilə matçdan öncə Turan Tovuz un heyəti ilə bağlı son durum bilindi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Azərbaycan Premyer Liqasında milli komandalara görə fasilə oktyabrın 9-da başa çatır. İki həftəlik aradan sonra baş tutacaq Misli Premyer Liqasının 7-ci turunda "Turan Tovuz"un rəqibi "Şəfa" olacaq. Fasilə dönəmində "Fənərbağça" ilə yoxlama oyunu (0:2) keçirən qərb təmsilçisinin matçdan öncə son durumu bəlli olub.
Bu barədə Fanat.Az-a "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev məlumat verib.
Heyətdə cəzalı futbolçu yoxdur. "Fənərbağça" ilə matçdan sonra iki günlük istirahətə buraxılan kollektiv sabahdan məşqlərə başlayacaq. Komandada zədəlilərin olmaması məşqçilər korpusunu sevindirir.
Qeyd edək ki, "Şəfa" - "Turan Tovuz" matçı 11 oktyabrda baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 05 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















