Icma.az
close
up
RU
“Şəfaverici əllər”ə inanaqmı?

“Şəfaverici əllər”ə inanaqmı?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Sosial şəbəkələrdə əl enerjisi ilə müalicə edən, özbək əsilli İqbol Soliyevin saxlanıldığı və Bakıdan deportasiya edildiyi bildirilir. Müzakirələrə səbəb olan bu müalicəyə münasibət isə fərqlidir. Bu məsələyə aydınlıq gətirmək üçün səhiyyə eksperti, tibb elmləri doktoru Musa Qəniyevin münasibətini öyrəndik. Öncə professordan elmi cəhətdən tarixən belə müalicənin mümkünlüyü və tətbiqi ilə bağlı fikirlərini soruşduq. Həmsöhbətimiz dedi:

– Əslində, bütün tarixi dövrlərdə müalicəyə dözümlülük göstərən xəstəliklərin hamısı özünəqapanma və ümidsizlik hissi yaratdığından, insanlar daim qeyri-ənənəvi müalicə üsullarına müraciət etmişlər. Bunlardan biri də manual, yəni əl enerjisilə müalicədir. Bu haqda ilk məlumat bizim eradan 1560 il əvvəl Ebers papirusunda verilmişdir. İnduslar bunu “Prana”, çinlilər – “Çi”, misirlilər – “Ka”, yəhudilər – “Ekoq”, yunanlar – “Təbiətin müalicəvi gücü”, əlkimyaçılar – “Həyat şirəsi” adlandırırdılar. Bu üsulun yayılmasının səbəbkarı Tokio Universitetinin müəllimi, xristian-monax Mikao Usyu olmuş və onu “Reyki” (“Universal həyat enerjisi”) adlandırmışdır.

Bütün dövrlərdə bu cür müalicəyə münasibət elmi deyil, sırf dini-sxolastik xarakterli olmuşdur.

– Bəs bu müalicəyə elmin münasibəti necədir?

– Məsələnin elmi mahiyyəti ilə bağlı bunları söyləyə bilərəm: Cismani mövcudluğunun təməl əsası hərəkətdir. Hərəkət impulsiv sinir aktivliyinin – elektrik yükünün, orqan və sistemlərə ötürülməsidir. Dölün ana bətnində ürək döyüntüləri başladığı andan, yəni hamiləliyin 1-ci ayının sonundan, postnatal inkişafın sonuna, yəni təbii ölümün başladığı ana qədər canlı orqanizmdə həm lokal, həm də akson potensialının (elektrik yükü) olması mütləqdir.

Fərdin tipi, etnik, coğrafı, irqi və genetik xüsusiyyətindən asılı olaraq, bu elektrik yükünün voltaj, tezlik və amplitudası müxtəlif olur. Elektrik yükünün ətrafında isə, daim bu və ya digər dərəcədə elektrik və maqnit sahəsi mövcud olur. Sağlam insanların energetik sahəsi, yəni elektriklə əhatə olunmuş biosahəsi, onun bədənini bərabər şəkildə 2-3 metr məsafədə bürüyür.

Odur ki, “elektrik əmsalı” yüksək olan adamların bədəninə dəmir əşyalar yapışır, kiçik voltajlı elektrik lampalarını bədənə toxundurduqda işıq saçır, bəzi adamlara əllə toxunduqda adamı sanki tok vurur və s. Yəni elmli insan üçün, burada qaranlıq olan, qeyri-adi bir şey yoxdur. Bu klassik fizikadır. Sadəcə, savadsızlıq və dini fanatizm bunu dərk etməyə imkan vermir.

Söylədiyim səbəbdən, insan bədənindən, xüsusən ətraf amillərə son dərəcə həssas olan əl barmaqlarından, daim (ayaq barmaqları ilə müqayisədə 4 dəfə çox) enerji itkisi – ətraf mühitlə enerji mübadiləsi, gedir. Başqa sözlə, bədəndə olan elektrik enerjisi istilik enerjisi şəklində xarici aləmə verilir. Odur ki, əl enerjisilə müalicə, bir şəxsin digərinə istilik enerjisi şəklində bioyükün ötürülməsidir. Fiziki qanunlara görə bu halda, lokal sahədə qan dövranı yaxşılaşmalı, ağrı reseptorlarının həssaslığı azalmalı və yayındırıcı təsir meydana çıxmalıdır. Digər faktor, xəstədə yaranan daxili inam hissidir.

– Bu müalicə üsulunu təqdir edirsinizmi?

– Xeyr, etmirəm. Əsasında “Suqqestiya” – təlqin duran bu hal, spesifik müalicə üsulu deyildir və uğurlu nəticəyə təminat vermir. Digər tərəfdən, bilmək lazımdır ki, üzvi-destruktiv gedişli heç bir xəstəlik və patoloji proses zamanı bu üsuldan istifadə etmək olmaz. Əks hal, hər iki şəxs üçün (həm xəstə, həm də bu işlə məşğul olan) faciəli nəticələrə – birinin ölümü, digərinin qəsdən adam öldürməsi ittihamı ilə həbsinə, səbəb ola bilər.

Qeyri-peşə sahiblərinin isə, müalicə işi ilə məşğul olması (eyni zamanda, özünümüalicə) ümumiyyətlə cinayət məsuliyyətidir və bu haqda Azərbaycan Respublikasının Cinayət – Prosessual Məcəlləsində xüsusi ağırlaşdırıcı maddə nəzərdə tutulur.

Söhbətin sonunda professor qeyd etdi ki, Azərbaycan polisinin İqbol Soliyevə qarşı qərarı düzgün addımdır.

Zərifə HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri