Icma.az
close
up
RU
Səfər qlobal kontekstdə xüsusi önəm kəsb edir ŞƏRH EDİLDİ

Səfər qlobal kontekstdə xüsusi önəm kəsb edir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan Prezidentinin Türkiyəyə səfəri, əsasən, zəlzələdən zərər çəkmiş ərazilərdə tikilmiş yaşayış komplekslərinin və iş yerlərinin təhvil verilməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, xüsusilə Qəhrəmanmaraş şəhərinin müəyyən hissəsində Azərbaycan dövləti tərəfindən inşa edilən bu obyektlər, humanitar dəstək çərçivəsində həyata keçirilmiş və Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin praktiki təzahürü kimi qiymətləndirilir: " Bu təşəbbüs, yalnız humanitar və sosial xarakter daşımır, eyni zamanda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və qarşılıqlı etimada əsaslandığını bir daha nümayiş etdirir. Belə bir fəaliyyət, Azərbaycan-Türkiyə əlaqələrinin dərin tarixi köklərə və möhkəm siyasi, iqtisadi və mədəni təməllərə söykəndiyini sübut edir.

Bu səfər strateji baxımdan olduqca əhəmiyyətlidir və mövcud regional və qlobal kontekstdə xüsusi önəm kəsb edir. Hazırda Azərbaycanın yaxın qonşuluğunda genişmiqyaslı hərbi qarşıdurmaların davam etdiyi bir şəraitdə ölkə müxtəlif geosiyasi çağırışlarla üz-üzədir. Belə bir məqamda Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri təkcə ikitərəfli əlaqələrin deyil, eyni zamanda bölgədəki sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir.

Qəhrəmanmaraşda keçirilən mərasim yalnız humanitar xarakter daşımır, eyni zamanda siyasi və strateji baxımdan da mühüm bir mesaj məzmunu daşıyır. Bu mərasim, Azərbaycan və Türkiyənin həmrəylik ruhunu, qarşılıqlı dəstək prinsiplərini və ortaq gələcəyə yönəlik möhkəm iradəsini nümayiş etdirən bir akt kimi qiymətləndirilə bilər. Beləliklə, bu səfər regional və beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi məzmunlu bir mesaj xarakteri daşıyır"- deyə politoloq əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri