Icma.az
close
up
RU
Səfər quruculuq işlərinin yüksəlişini təmin edəcək

Səfər quruculuq işlərinin yüksəlişini təmin edəcək

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, tarixi Zəfər qazanıldı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu qələbə dünyanın nizamını dəyişdi. Azərbaycanın dünya dövlətləri arasında siyasi nüfuzu artdı, dünya dövlətləri Azərbaycanı dünyəvi dövlət kimi, Azərbaycan vətəndaşlarını vətənsevər, torpaqsevər, qətiyyətli vətəndaş kimi tanıdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətlə dediyi bir fikir – “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” hər bir azərbaycanlının qürurudur. Həyat fəlsəfəsinin mahiyyətidir.
Azərbaycanın ərazisi tam bərpa olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri başladı. Həm də böyük vüsət aldı. Bu, Azərbaycanın dövlətçiliyinin, Azərbaycan dövlətinin qüdrəti kimi tarixləşəcək. Zəngilanda. Qubadlıda, Cəbrayılda, Füzulidə, Xocalıda, Xankəndidə, ümumın işğldan azad edilmiş bütün ərazilərdə möhtəşəm quruculuq işləri uğurla davam etdirilir. İri miqyaslı quruculuq işlərinin açılışında dövlət başçımızın iştirakı, təməlqoyma mərasimlərində çıxışları, Vətən müharibəsində xalqa müraciətlərində yaşadılan inamı quruculuq işlərində də eyni qətiyyətlə yaşadır. Xalq inanır ki, Azərbaycan quruculuq işlərində də böyük Zəfər qazanacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri təkcə qayıdışın uzaqda olmadığını xatırlatmaqdır. Tikilən, qurulan yaşayış məntəqələrinə qayıdanların sevinci cəmiyyətin sevincidir və kəndlərində quruculuq işləri gedənlər əmindirlər ki, yaxın vaxtlarda onlar da dövlətin qayğısı ilə yenidən qurulmuş kəndlərində abad mənzillərinə qayıdacaqlar.
Dövlət başçımızın regionlara səfərlərini dogma kəndlərinə qayıtma niyyətində olan köçkünlər daha həssaslıqla izləyirlər. Onlara elə gəlir ki, bu səfərlər quruculuq işlərinin dinamikasını yüksəldir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri Azərbaycan ictimaiyyətinin böyük marağındadır, bu səfəri dogma yurda qayıdacaqları günü gözləyənlər daha böyük həssaslıqla izlədi. Sevgi ilə, istəklərlə, ümidlə.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın Ağdama səfəri quruculuq işlərinin nəzərdə tutulan vaxtda başa çatacağının zəmanətidir.
Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Tədris-Təhsil Kompleksinin açılışında iştirak ediblər, Ağdam şəhərində inşa edilən Hilton Garden Inn otelinin tikinti işləri ilə tanış olublar. Azərbaycan Respublikasının Prezident İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini rəsmi istifadəyə verib.
Bunlar Ağdamın sabahlarına açılan quruculuq pəncərələridir. Bu pəncərələrdən Ağdam elə gözəl görünəcək ki! Sənaye müəssisələri onun iqtisadi inkişfını, otel bu tarixi şəhərə turist axını olacağını, Rəqəmsal İdarəetmə Mərkəzininin istifadəyə verilməsi Ağdamda intellekt inkişafının, formalaşmasının işığıdır. Bu işıq Ağdamda tikinti-quruculuq işlərinin daha da sürətlə davam edəcəyinin işığıdır. Bu işıq Azərbaycanın sabahlarının işığıdır!..  
Səfər zamanı dövlət başçımız və birinci vitse-prezident Ağdam Muğam Mərkəzinin tikinti işləri və Ağdam Residence yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Dövlət başçımız  Ağdam şəhərində inşa edilən 1267 mənzildən ibarət ikinci yaşayış kompleksinin tikinti işlərinə baxış keçirib.
Zamanında Ağdam Qarabağın ən böyük və ən qaynar rayonlarından biri olub. Quruculuq işlərindən sonra böyüklük də bərpa olunacaq, qaynarlıq da, sənayenin, iqtisadiyyatın, mədəniyyətin inkişafı da. Bu inam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfərindən sonra daha dönməzliklə yaşanılır…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri