Icma.az
close
up
RU
Səfərlərin hər biri Azərbaycan xalqının doğma torpaqlara qayıdışının təntənəsidir DEPUTAT ŞƏRH ETDİ

Səfərlərin hər biri Azərbaycan xalqının doğma torpaqlara qayıdışının təntənəsidir DEPUTAT ŞƏRH ETDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə etdiyi hər bir səfər təkcə siyasi deyil, eyni zamanda milli ruhun dirçəlişi, xalqımızın tarix qarşısında qürur anları kimi qiymətləndirilir. Hər belə səfər ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının real nəticələrini ortaya qoymaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasının, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsinin bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, cənab Prezidentin bu torpaqlara səfəri zamanı istər strateji əhəmiyyətə malik infrastruktur layihələrinin təməli qoyulur, istərsə də müasir standartlara uyğun qurulan sosial obyektlərin açılışı həyata keçirilir:

"Bu səfərlər, eyni zamanda, regionun tamamilə yeni bir mərhələyə qədəm qoyduğunun göstəricisidir. Xüsusilə də Prezident İlham Əliyevin Xankəndi, Xocalı və Hadruta etdiyi səfərlər Azərbaycan tarixində yeni səhifə açan, millətin yaddaşında əbədi qalacaq hadisələrdən biridir. Bu səfərlərin hər biri Azərbaycan xalqının uzun illər arzuladığı, əziyyətlə gözlədiyi bir mənzərənin – doğma torpaqlara qayıdışın, azadlıq və suverenliyin tam bərpa olunmasının təntənəsidir. Bu səfərlərdə ölkə başçısının bölgə sakinləri ilə keçirdiyi səmimi görüşlər, onların problemləri ilə yaxından tanış olması və gələcəyə dair verdiyi aydın mesajlar Qarabağın dirçəliş prosesinin xalqla birgə həyata keçirildiyinin sübutudur. Xankəndidə artıq Azərbaycan dövlətçiliyinin bütün atributları ilə bərpa olunması prosesi uğurla davam etdirilir. Şəhərin sosial və inzibati infrastrukturu tamamilə yenidən qurulur, burada azərbaycanlı ailələrin məskunlaşması prosesi dövlətin güclü siyasi iradəsi və planlı şəkildə həyata keçirilən proqramlar əsasında sürətlə aparılır. Xankəndi Dövlət Universitetinin fəaliyyətə başlaması da bu prosesin önəmli hissəsidir. Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər bu ali təhsil müəssisəsinə böyük maraq göstərir, bu isə şəhərdə gənc nəsil üçün yeni imkanların açıldığını nümayiş etdirir. Bu, təkcə təhsil sahəsində deyil, həm də şəhərin mədəni və ictimai həyatının canlanmasında mühüm rol oynayacaq. Xocalı rayonunun kəndlərində aparılan abadlıq-quruculuq işləri xüsusi əhəmiyyət daşıyır. Bu kəndlər təkcə fiziki olaraq bərpa edilmir, həm də onların tarixi və mənəvi ruhu dirçəlir. Xocalıdan olan sakinlərin – illərlə yurd həsrəti çəkən insanların – yenidən doğma torpaqlarına qayıdaraq burada yaşayışa başlaması əsl tarixi ədalətin bərpasıdır. Bu insanların bir çoxu 1992-ci ildə törədilən Xocalı soyqırımının canlı şahidləridir. Onların indi azad, təhlükəsiz və rifahlı şəraitdə doğma torpaqlarına qayıtması təkcə onların deyil, bütün xalqımızın haqq işinin təntənəsidir. Cənab Prezident İlham Əliyevin Qarabağa hər səfərində bir və ya bir neçə yeni kəndin və ya qəsəbənin tam bərpa olunaraq sakinlərinə təhvil verilməsi artıq ənənəyə çevrilib. Bu kəndlərdə tikilən yeni evlər, məktəblər, tibb mərkəzləri, uşaq bağçaları, mədəniyyət evləri və digər sosial obyektlər əhalinin yüksək rifah səviyyəsini təmin etməyə yönəlib. Eyni zamanda, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları əsasında həyata keçirilən layihələr bu bölgələri təkcə bərpa edilmiş ərazilər deyil, həm də müasir texnologiyaların tətbiq olunduğu qabaqcıl yaşayış məkanlarına çevirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ sürətlə dirçəlir. Bu dirçəliş həm fiziki, həm də mənəvi-mədəni müstəvidə həyata keçirilir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın dirçəldilməsi, burada beynəlxalq tədbirlərin keçirilməsi, Qarabağ Zəfərinin ruhunu əks etdirən abidələrin ucaldılması da bu prosesin tərkib hissəsidir. Bütün bu görülən işlər bir daha sübut edir ki, Azərbaycan dövləti azad olunmuş əraziləri yalnız siyasi və hərbi yollarla deyil, eyni zamanda iqtisadi, sosial və mədəni baxımdan da dirçəldərək bu torpaqlarda əbədi və dayanıqlı həyat qurmağa sadiqdir. Cənab Prezidentin bu istiqamətdə apardığı məqsədyönlü və uzaqgörən siyasət nəticəsində azad Qarabağda həyat yenidən doğulur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri