Icma.az
close
up
RU
Səfəvi dövrünün geyim mədəniyyəti arxeoloji tapıntılar əsasında araşdırılıb

Səfəvi dövrünün geyim mədəniyyəti arxeoloji tapıntılar əsasında araşdırılıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin iştirakı ilə keçirilən elmi-praktik seminarda qurumun İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Günay Çapay Həsənova moderator kimi çıxış edib. O, “Səfəvi dövrü Azərbaycan geyim mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

XQ xəbər verir ki, etnoqraf çıxışında Azərbaycan xalqının geyim mədəniyyətinin qədim tarixə malik olduğunu bildirib. Onun sözlərinə görə, milli geyim anlayışı yalnız parça, rəng, biçim və naxışlarla məhdudlaşmır. Geyim əsrlər boyu formalaşmış həyat tərzinin, estetik zövqün və mənəvi yaddaşın mühüm ifadələrindən biridir. O qeyd edib ki, Azərbaycan geyim mədəniyyətinin tarixi köklərini yalnız XVIII-XX əsrlərə aid muzey nümunələri ilə deyil, daha qədim dövrlərə aid arxeoloji materiallarla da izləmək mümkündür.

Etnoqraf bildirib ki, qədim geyim mədəniyyətinin öyrənilməsində arxeoloji qazıntılar zamanı əldə olunan materiallar xüsusi əhəmiyyət daşıyır. Parça və digər toxuculuq məmulatlarının torpaq altında tez çürüməsi səbəbindən bütöv geyim nümunələri az qorunub. Buna görə də qədim insanların geyim ənənələri yalnız paltar qalıqları əsasında deyil, həmin geyimlərin hazırlanmasında istifadə olunan alətlər, bəzək əşyaları və digər arxeoloji tapıntılar vasitəsilə də araşdırılır.

Günay Çapay Həsənova diqqətə çatdırıb ki, Azərbaycanda qədim parça və geyim nümunələrinin mühüm hissəsi Mingəçevir, Naxçıvan və Qarabağ ərazilərində aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilib. Mingəçevirdə ipək və toxuma papaq qalıqlarının, eləcə də toxuculuq alətlərinin tapıldığını bildirən etnoqraf bu materialların qədim dövrlərdə yerli əhalinin yun və kətan liflərindən ip hazırladığını göstərdiyini qeyd edib.

Məruzədə qədim geyimlərdə baş geyimlərinin də xüsusi yer tutduğu vurğulanıb. Bildirilib ki, Naxçıvandakı Kültəpə abidəsindən və Mingəçevirin e.ə. II minilliyə aid təbəqələrindən aşkar edilmiş insan fiqurlarında dairəvi və konusvari papaq formaları əks olunub. Bu tapıntılar Azərbaycanda hələ tunc dövründə müxtəlif papaq formalarının mövcudluğuna dair təsəvvür yaradır.

Etnoqraf çıxışında geyim mədəniyyətinin öyrənilməsində bəzək əşyalarının roluna da toxunub. Onun sözlərinə görə, arxeoloji qazıntılar zamanı tapılan tunc və gümüş asmalar, alın bəzəkləri, sancaqlar, baş tacları, düymələr və kəmər toqqaları qədim dövr insanlarının geyim və bəzək zövqü haqqında mühüm məlumat verir. Xüsusilə qadın baş geyimlərinin mürəkkəb quruluşa malik olduğunu göstərən bu tapıntılar həmin dövrün geyim ənənələrinin öyrənilməsi baxımından qiymətli mənbələrdir.

Günay Çapay Həsənova həmçinin Bərdə ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ipək parça qalıqları, bəzəkli geyim fraqmentləri və ipəyirən alətlərin aşkar edildiyini bildirib. Bu tapıntıların Azərbaycanın qədim toxuculuq və geyim mədəniyyətinin inkişafını öyrənmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Məruzədə Azərbaycanın müxtəlif bölgələrindən aşkar edilmiş qədim kəmərlərə və geyim aksesuarlarına da diqqət çəkilib. Bildirilib ki, arxeoloji materiallarda kəmərlərin üzərində ovçuluq və əkinçiliklə bağlı simvollara rast gəlinir. Bu nümunələr geyimin yalnız praktiki funksiyasını deyil, həm də dövrün sənətkarlıq ənənələrini və estetik zövqünü əks etdirir.

Çıxışda Şirvanşahlar türbəsində aşkar edilmiş parça nümunələri də qeyd olunub. İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı iki nadir kətan parça nümunəsi və zərif ipək qumaş qalıqlarının aşkar edildiyi bildirilib. Həmin materialların Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunduğu qeyd edilib.

Günay Çapay Həsənova çıxışının sonunda vurğulayıb ki, arxeoloji abidələrdən aşkar edilən qədim geyim, parça və bəzək nümunələri yalnız keçmişdən qalan maddi əşyalar deyil. Bu tapıntılar Azərbaycan xalqının geyim mədəniyyətinin tarixi inkişafını, sənətkarlıq təcrübəsini və nəsildən-nəsilə ötürülən milli yaddaşı öyrənmək üçün mühüm mənbədir. Onun fikrincə, belə maddi mədəniyyət nümunələri öyrənilməli, bərpa edilməli, qorunmalı və milli üslubun tarixi köklərinin gələcək nəsillərə çatdırılmasına xidmət etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri