Icma.az
close
up
RU
Səfəvilər fars deyil, türk dövləti idi RƏY

Səfəvilər fars deyil, türk dövləti idi RƏY

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarixçilər Ərdoğanın çıxışına aydınlıq gətirdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında səsləndirdiyi ifadələr, xüsusən də Azərbaycan üçün önəmli tarixi şəxsiyyət olan Şah İsmayıl Xətaiyə yönəlik fikirləri geniş rezonansa səbəb olub. Ərdoğan çıxışında Osmanlı imperiyasının qarşılaşdığı təhdidlərdən danışarkən, Şah İsmayılın da bu təhdidlər sırasında yer aldığını bildirib və belə deyib: 

“Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz "eyvallah" demədik. Teymur filləri və ordusu ilə gəldi, Anadolu boyunca hər yeri işğal etdi. Amma biz usanmadan, sınmadan müqavimət göstərdik”. Ərdoğan vurğulayıb ki, bu strateji coğrafiyada türk, kürd və ərəblər birlikdə mövcud olublar, birlikdə savaşıblar, qələbəni və məğlubiyyəti də birlikdə yaşayıblar: "Malazgirt, Çaldıran döyüşləri, İstanbulun fəthi türk, kürd və ərəbin ümumi zəfəridir. Biz bu coğrafiyada müttəfiq olanda böyüdük, gücləndik, dünyaya hökm etdik. Ancaq birliyimiz dağılanda zəiflədik, gerilədik. Türk, kürd və ərəblər birlikdə hərəkət edərlərsə, böyük güc olarlar". Türkiyə liderinin fikirləri Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki Şah İsmayıl təkcə siyasi lider yox, həm də Azərbaycan tarixində milli birliyin, dövlətçiliyin və ədəbi-mənəvi irsin simvolu sayılır. Məsələ ondadır ki, Şah İsmayıl irsinə sahib çıxmağa çalışan İran belə məqamlardan Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı “tarixi düşmənçilik” təbliğatında istifadə edir. İran 2020-ci ilin Tovuz döyüşləri zamanı Çaldıran döyüşü üzərindən Türkiyəyə qarşı genişmiqyaslı kampaniyaya strat vermişdi. 44 günlük müharibədən sonra bu kampaniya sürətləndi və zaman-zaman səngisə də, aktual olaraq qaldı. Türkiyənin siyasi elitasına bunu izah etmək lazımdır. Tarix üzərindən ayrılıq yaratmaqdansa, Azərbaycanın qızılbaş irsindən Yaxın Şərqdə istifadə etmək Türkiyə üçün daha sərfəli olardı.


Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a deyib ki, 1514-cü ildə baş vermiş Çaldıran savaşı hər iki, həm Osmanlı, həm də Səfəvilər üçün faciə ilə bitmişdi. Alim qeyd edib ki, belə faciələrdən doğru-dürüst nəticə çıxarılmaması təəssüfedici haldır:

 "Hər halda iki türk dövlətinin bir-birinə qarşı savaşları artıq arxada qalıb, üzərindən yüz illər ötüb. Yeni dönəmdə birlik olmaq, həmrəy olmaq əvəzinə tarixdəki uğursuz müharibələri yenidən gündəmə gətiririk. Prezident R.T.Ərdoğan Osmanlının davamı olan Türkiyə Cümhuriyyətini müəyyən mənada gücləndirmək və onun keçmişini bu günlə əlaqələndirmək üçün mücadilə verir. Ancaq tarixi məsələlərdə diqqətli olmalıyıq. Ərdoğanın "türk-kürd-ərəb" birliyi kimi qələmə verdiyi Osmanlı ilə yanaşı, heç bir anlamda türklükdən geri çəkilməyən Səfəvi-türk dövləti də mövcud olub. Səfəvi dövlətini fars dövləti kimi qəbul etmək, təqdim etmək yanlışdır. Osmanlı türk dövləti olsa da, orada ərəblər, kürdlər, slavyanlar, rumlar da olub. Səfəvilərdə də eyniylə, türklərlə yanaşı, farslar, kürdlər və başqaları olub. Bütövlükdə iki dövlət türk olub. Ona görə də Çaldıranda qalib Osmanlını türk dövləti sayıb, məğlub olmuş Səfəviləri fars-İran dövləti kimi görmək doğru deyil. Bu, mübahisələrə, narazılığa səbəb olur. Düşünürəm ki, Çaldıran döyüşünün bu formada xatırlanması türk birliyinə müəyyən zərbə vurur. Çox güman ki, Ərdoğan Türkiyənin indiki maraqları naminə ərəb-kürd-türk birliyindən söz açıb. Amma uğurlu örnək olduğunu zənn etmirəm". 


Tarixçi-alim Taleh Cəfərov da deyib ki, Ərdoğanın səsləndirdiyi "Çaldıran savaşı türkün, kürdün, ərəbin böyük bir zəfəridir" fikri Azərbaycan ictimaiyyətində məyusluqla qarşılanıb: 

"Onu qeyd edim ki, Ərdoğana Azərbaycanda böyük bir xalq sevgisi var. Lakin belə bir fikrin səsləndirilməsini doğru hesab etmirəm. 

Əvvəla, Çaldıran savaşı iki türk dövləti arasında olub. Türkün biri qazanıb, digəri məğlub olub. Bu da təbii haldır. Qalib olan da türkdür, məğlub olan da. Unutmayaq ki, türklərin tarixdə ən böyük qələbələri elə türklər üzərində olan qələbələrdir. Bunun bu şəkildə prezidentin dilindən səsləndirilməsinə ehtiyac yoxdur. Biz ortaq tarix yazmaq istəyirik. Bu şəkildə biz ortaq tarix yaza bilmərik. Osmanlının o qədər Avropa üzərində qələbələri olub ki. O savaşlarda da osmanlı ordusunda türk, kürd, ərəb savaşırdı. Məzhəb ayrı-seçkiliyi (sünni-şiə nəzərdə tutulur) də yoxdur. Olmazdı ki, Çaldıran savaşı yerinə, Çanaqqala savaşı və ya Rıdaniya savaşını səsləndirərdilər?!". 


Tanınmış politoloq və siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” ifadəsi Türkiyə-Azərbaycan münasibətlərində zərərli fikir ayrılıqları yarada bilər: 

“Bu sözlər Azərbaycan və Türkiyə ictimaiyyəti arasında ideoloji uçurumu dərinləşdirir. İran isə bu cür çıxışlardan istifadə edərək, Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı ‘tarixi düşmənçilik’ təbliğatını gücləndirir. Bu, təsadüfi deyil – İran 2020-ci ilin Tovuz döyüşlərindən sonra belə kampaniyaya başlamışdı. Ərdoğanın bu bəyanatı isə həmin təbliğata əlavə fürsət yaradır”.

Nərimanlıya görə, əslində, Şah İsmayıl irsi Yaxın Şərqdə və bütövlükdə türk dünyasında birlik və təsir vasitəsi kimi istifadə oluna bilərdi. Ancaq onu təhdid kimi təqdim etmək təkcə tarixi deyil, strateji səhv də ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri