Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

1501 1736 CI İLLƏR SƏFƏVİLƏR DÖVLƏTİNİN DÖVRÜNDƏ

1501 1736 CI İLLƏR SƏFƏVİLƏR DÖVLƏTİNİN DÖVRÜNDƏ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

NAXÇIVANDA İNCƏSƏNƏTİN İNKŞAF DÖVRÜ.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı tarixin müxtəlif dövrlərində Azərbaycanın quldar və feodal dövlətlərinin tərkibində olmuş, ölkəmizin sosial-siyasi həyatında,dövlətçilik tarixində mühüm rol oynamış, zəngin tarixi yol keçmişdir. ”Naxçıvnın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvan tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür ”-deyən xalqımızın Ümummilli Lideri Heydər Əliyev bir sıra çıxış və məruzələrində, xüsusilə 12 avqust 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə Naxçıvan tarixinin dərindən və obyektiv öyrənilməsini tarixçilər qarşısında aktual bir vəzifə kimi qoymuşdur.

Azərbaycanın orta əsrlər dövrü tarixinin dərindən tədqiq edilməsində Naxçıvanın Səfəvilər dövrü tarixinin öyrənilməsi də bu baxımdan aktual mövzulardan biridir. 1501-1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin incəsənəti yüksək səviyyədə idi. Bəhs edilən dövrdə Azərbaycan bölgələrində olduğu kimi Naxçıvanda da müxtəlif sənət sahələri daxili, yeri gəldikcə xarici bazarların tələbatını ödəyirdi. Bunlardan, toxuculuq, memarlıq, dərzilik, məişət əşyaları və silah hazırlama, misgərlik, dabbaqlıq, boyaqçılıq və.s.sənət növləri geniş yayılmışdır.

Səfəvilər dövründə müxtəlif növ parça və toxuculuq məmulatlarının istehsalında Azərbaycan şəhərləri arasında müəyyən dərəcədə ixtisaslaşma var idi. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məxmər,atlas, nazik ipək parçalar, Naxçıvan isə rəsmli parçalar (qələmkar), süfrəlik parçalar və.s.istehsal sahəsində ixtisaslaşdırılmışdır. Səfəvilər dövründə Azərbaycanı gəzmiş Şərq və Qərbin səyyah, tacir, alim və.s. müxtəlif peşə sahibləri öz əsərlərində Təbrizin zərbaft, abyar, məxmər, Şamaxının darayı, qanavuz və cecimdən, Gəncənin zərif ipək baş ötüklərindən, Şuşanın alacasından, Şəkinin təkəldüz tikmələrindən, Naxçıvanın qələmkar və çitindən bəhs etmişlər. Bəhs edilən dövrdə toxuculuğun inkişafında mühüm yerlərdən birini də xalçaçılıq sənəti tutmuşdur. XVII-XVIII əsrlərdə Azərbaycanda yerli xalçaçılıq məktəbləri mühüm rol oynamağa başlamışdır. Bu zaman Azərbaycanın əksər bölgələrində - Ərdəbil, Təbriz, Qarabağ, Gəncə, Quba və.s.yerlərində xalçaçılıq geniş yayılmışdı.Naxçıvan bölgəsində də bu sənət xeyli inkişaf etmişdir.Belə ki,bəhs edilən dövrdə bölgədə gözəl xalça, şəddə, zili, vərni, kilim və.s.döşəmə növləri toxunurdu. Bu dövrdə iri ölçülü xalçaların toxunulmasını Azərbaycan xalçaçılıq sənətinin şah əsəri sayılan “Şeyx Səfi” xalısı əyani şəkildə təsdiq edir. Görünür bu dövrdə bölgə ərazisində də istifadə məqsədlərindən asılı olaraq böyük ölçülü xalçaların toxunmasına üstünlük verilmişdir.

Səfəvilər dövründə Naxçıvanda sənətkarlıq sahəsində əhəmiyyətli yerlərdən birini də metalişləmə sənəti tuturdu.Metalişləmədə müxtəlif məişət əşyaları,silahlar,əmək alətləri,zərgərlik məmulatları və.s.istehsal edilirdi. Azərbaycan bölgələri ilə yanaşı, Naxçıvanda da metalişləmə sahəsində ixtisaslaşma baş vermişdir.Həm də ixtisaslaşma təkcə düzəldilən əşya növləri sahəsində deyil,şəhərlər arasında da özünü biruzə verməyə başlamışdır. Bu haqda görkəmli sənətşunas-alim R.Əfəndi göstərir ki,baxmayaraq Ərdəbil şəhəri bədii metal məmulatları düzəltməkdə inkişaf etmiş mərkəzlərdən sayılırdı, Şeyx Səfi türbəsinin gümüş barmaqlıqlarını düzəltmək Gəncə sənətkarlarına, İçərişəhərin dəmir qapılarını Naxçıvan ustalarına sifariş vermişlər. Deməli, bəhs edilən dövrdə metalişləmədə olan inkişaf onu ixtisaslaşma səviyyəsinə çatdırmışdır. Həmçinin bu zaman Naxçıvanda müxtəlif qiymətli metalardan sikkələrin kəsilməsi işi də geniş yayılmışdır. Belə ki, əksər Səfəvi şahlarının hakimiyyəti dövründə Naxçıvan şəhərində müxtəlif nominallı sikkələr zərb edilmişdir. Bu sikkələr içərisində gümüş təngə, abası, şahı, mahmudi, pəncşahı və.s.var idi.

Zərbxanaların fəaliyyətinin də metalişləmədən asılı olduğunu nəzərə alsaq, məlum olur ki, haqqında bəhs etdiyimiz sənət Naxçıvan bölgəsinin sənətkarlığında mühüm rol oynamışdır. Hələ qədimdən insanların yaşayış üçün təminatının bu sahəsinin qurucusu olan memarlıq sənəti Naxçıvanda əvvəlki yüzilliklərdə olduğu kimi XVI-XVIII əsrin əvvəllərində də öz əhəmiyyətli mövqeyini qoruyub saxlamışdır. Bəhs etdiyimiz dövrdə, istərsə də ondan əvvəlki (Səlcuqlardan sonrakı) yüzilliklərdə Naxçıvanda tikilmiş memarlıq abidələrində hər iki mədəniyyətin ayrı-ayrı və ya bütövlükdə işlənmiş konstruksiya elementləri olmuşdur. Buna misal olaraq, Memar Əcəmi tərəfindən inşa edilmiş Atabəylər memarlıq kompleksini və ora daxil olan möhtəşəm Came məscidini göstərə bilərik.

Səfəvilər dövründə bölgədə tikilmiş bir sıra dini memarlq abidələri günümüzədək öz möhtəşəmliyini qoruyub saxlamışdır. Naxçıvan şəhər imamzadəsi, Nehrəm və Parçı imamzadələri, Gənzə kəndindəki Hacı Hüseynqulu məscidi,Yuxarı Əylisdəki Şah Abbas məscidi və hamamı, Üstüpü hamamı, Ordubad mədrəsəsi və.s. dini tikililəri misal göstərə bilərik ki,onlar indi də öz memarlıq quruluşunu itirməmişdir.

Toxuculuq və gön dəri məmulatının istehsalında son mərhələni təşkil edən boyaqçılıq sənəti hələ qədimdən Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Naxçıvanda da geniş yayılmışdı. Qeyd etdiyimiz kimi bu sənət sahəsində Naxçıvan bölgəsi maren bitkisinin istehsalına görə orta əsrlərdə geniş şöhrət qazanmışdı.

Səfəvilər dövründə isə Naxçıvan yalnız Şərqdə deyil,bütün dünyada marena istehsalının mühüm mərkəzi hesab edilirdi. Bu bitkiyə görə bölgənin şöhrət qazanmasının özü təsdiq edir ki,bəhs edilən dövrdə Naxçıvanda boyaqçılıq sənəti inkişaf etmişdi. Görünür,bölgədə yaşayan boyaqçı ustalar uzun illər ərzində qazandıqları təcrübələr əsasında çeşidli boyalar almağı və onlardan istifadə etməyi mükəmməl bacarırdılar. Naxçıvan rəsmli parça istehsalı üzrə ixtisaslaşmışdı. Bu,özü də basma üsulu ilə toxunan parçaların naxışlı bəzədilməs,yəni boyanmasıdır.

Deməli, Naxçıvanda toxuculuğun bu cür çeşidi keyfiyyətli istehsalına görə digər bölgələrdən öndə dururdusa, bu həm də boyaqçılıq sənətinin inkişafından irəli gəlirdi. İnsanların ilk istifadə etdiyi metal olan mis və ondan hazırlanan müxtəlif növ məişət, silah, bəzək və.s.əşyalar hələ bəşər mədəniyyətinin ilkin çağlarından istifadə olunmağa başlamışdı. Ona görə də qədim sənət növlərindən sayılan misgərlik digər Azərbaycan bölgələrində olduğu kimi Naxçıvanda da bəhs edilən dövrdə öz əhəmiyyətini itirməmişdi.

Bölgədə bu sənətin inkişafı üçün yerli xammalın olması da əsas səbəblərdən biri idi.İki əsr əvvəl bölgədə misdən hazırlanan malların istehsalı üçün münbit şərait omuşdur.

Səfəvilər dövrünə aid Naxçvanda hazırlanan müxtəlif mis qabların günümüzədək qalması onlar haqqında fikir yürütməyə imkan vermişdir.

R.Məmmədov qeyd edir ki,bəzi mis qabların üzərində qədim əsatir və əfsanələr əsasında təsvirlər həkk edilmiş,hikmətli şerlər,yaxud ustaların və sahibkarların adları yazılmışdır. Naxçıvan ustaları tərəfindən hazırlanmış gözıl naxışlı mis qablar bu dövrdə misgərlik sənətinin xalqın məişətində xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. İki əsrdən artıq bir dövr ərzində Naxçıvanda geniş yayılmış müxtəlif sənət növləri haqqında az da olsa,müəyyən qədər bəhs etdik.

Ayrı-ayrı sənət sahələrində çalışan Naxçıvan ustalarının yaratdığı zəngin maddi-mədəniyyət nümunələri onu deməyə əsas verir ki, müəyyən tənəzzül illəri istisna olmaqla, XVI-XVIII əsrin əvvəllərində Naxçıvanda sənətkarlıq inkişaf etmişdir. lavə olaraq qeyd etmək lazımdır ki, ayrıca bir mövzu kimi bəhs edilən dövrdə Naxçıvanda sənətkarlığın dərindən araşdırılması günün aktual məsələlərindən biri olmalıdır.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin Direktoru

Rəhim Rəhimov.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri