Icma.az
close
up
RU
Səfəvilər latın əlifbasından istifadə edib Foto

Səfəvilər latın əlifbasından istifadə edib Foto

Icma.az, Bakupost saytına istinadən bildirir.


Yəhudi alimi Devid Ayolon da 1956-cı ildə nəşr olunmuş əsərində təsdiq edir ki, Səfəvilər mənşə etibarı ilə türk olublar. Şərqşünas alim Riçard Fray da “İran ensiklopediyası”na yazdığı məqalədə göstərir ki, Səfəvilər sülaləsinın əsası Azərbaycan türkləri tərəfindən qoyulub.

Bu fikirlə Qərbin tanınmış alimləri T.Svyatoxovski və X.Seton-Vatson da razılaşırlar. Hətta mürtəce İran tarixçısi Rza İnayətullanın yazdığı və erməni alimi Q.Asatryanın fars dilindən tərcümə edib ön söz yazdığı “Azərbaycan və Arran: (Atropatakan və Qafqaz Albaniyası)” əsərində hər iki alim etiraf edir ki, Səfəvilərin dili Azərbaycan türkcəsi olub.

İ.V.Piqulevskaya, A.Y.Yakubovski, İ.P.Petruşevski, L.V.Stroyeva və A.M.Beleniski də təsdiq edir ki, ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayıblar, onların doğma dili Azərbaycan dili olub, onlar çox böyük nüfuza malik idilər və onların təkcə Azərbaycanda yox, Qərbi İranda (İsfahanda və s.), xüsusilə Rumda da (Kiçik Asiyada) müridləri vardı.

1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempferə istinadən yazır:

"Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün Şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır".

Fakete Layoş adlı tədqiqatçı Avropa şəhərlərinin arxivlərində (Vyana və Drezden arxivlərində) saxlanılan və Osmanlı dövlətinə aid olan arxiv sənədlərini araşdırarkən iki məktub tapmışdır. O, bu məktubları tədqiq etdikdən sonra onların Osmanlı dövlətinə deyil, Səfəvi dövlətinə aid olduğunu üzə çıxarmışdır. Lakin özünün də bildirdiyi kimi, məktublar Azərbaycan dilində (müəllif özü “Türk dili” deyir) yazılıb.

Bəziləri iddia edir ki, Azərbaycan maarifçiləri Osmanlı türkcəsində yazıb. Amma belə deyil. O, Osmanlı türkcəsinə oxşayan sözlər bizim dildə olan sözlərdir ki, onu sovetlər zaman-zaman bizim lüğətlərdən çıxarıb.

Bunu sübut edən neçə-neçə sənəd, əlyazma, səyahların əsərləri və kitablar paylaşmışam. Bunlardan birini də təqdim edirəm. Adam Oleari məşhur alman alimi, coğrafiyaşünas və diplomatıdır.

Onun Azərbaycanın Səfəvi imperiyası dönəmində buraya səyahəti zamanı qələmə aldığı hadisələrin təsvir edildiyi 2 kitab nəşr etdirmişdir. Bu kitablarda Rusiya, Azərbaycan və İran haqqında detallı təsvirlər yer alır. Bu kitablardan biri də “Vermehrte Newe Beschreibung Der Muscowitischen und Persischen Reyse So durch gelegenheit einer Holsteinischen Gesandschaft an den Russischen Zaar und König in Persien geschehen, Holwein, Schleßwig, 1656” adlanır. Kİtabın PDF versiyada linkə daxil olub oxuya bilərsiniz:

Bura səfəri zamanı yerli xalqın dilini öyrənməyi də unutmayıb.

Azərbaycan türkcəsində yazdığı sözlərin bir hissəsinin şəkil formasını paylaşıram. Kitabda bu cürə kifayət qədər ifadələr var, tam yükləyib oxuya bilərsiniz.

Təkrar edirəm, türk dilinin Azərbaycan, qırğız, qazax, Osmanlı yazıları olmasına baxmayaraq, bir ad dəyişməzdir - türk dili. Amma həqiqət də var ki, türk coğrafiyası deyilən ərazidə Azərbaycan türkcəsi, yaxud Azərbaycan dili ən saf dildir. Sadəcə onu təkmilləşdirmək üçün sovetlərin çıxardığı sözləri bərpa etmək lazımdır...

Zaur Əliyev

archive.org





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyun 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri