Icma.az
close
up
RU
Qızılbaş qadınları: Səfəvilər dövlətinin zərif sütunları

Qızılbaş qadınları: Səfəvilər dövlətinin zərif sütunları

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tarix çox zaman kişilərin adı ilə yadda qalır. Ancaq səssiz qalan sətirlər arasında elə qadınlar var ki, onların varlığı yalnız ailədə deyil, dövlət idarəçiliyində, mədəni həyatın formalaşmasında, hətta ordu meydanında belə özünü göstərmişdir. Səfəvilər dövləti öz dövründə təkcə hərbi gücü və parlaq siyasəti ilə deyil, həm də saray həyatında qadınların tutduğu mövqe ilə fərqlənən bir imperiya idi. Qızılbaş qadınlarının sadəcə ailə içində deyil, cəmiyyətin müxtəlif təbəqələrində fəal iştirakı bu dövlətin sosial strukturuna yeni nəfəs vermişdi.

Təəssüf ki, tarixi qaynaqlarda Səfəvi xanımları haqqında məlumatlar yetərincə deyil. Buna baxmayaraq, tarixi mənbələrə, xüsusilə Avropa səyyahlarının qeydlərinə, eləcə də çağdaş elmi tədqiqatlara əsaslanaraq Səfəvilər dövlətində qadın hakimiyyətinin görünməyən, lakin çox təsirli izlərini nəzər salmaq mümkündür.

Qızılbaş qadını – zərifliklə gücün sintezi

Avropa səyyahlarının Səfəvi dövrünə dair xatirələri bu dövlətin qadınlarına heyranlıqla doludur. Venesiyalı, portuqaliyalı, ingilis səyyahları yazırdılar ki, qızılbaş qadınları olduqca gözəl, zərif və zövqlə geyinən xanımlar idi. Onlar iri, sferik mirvari boyunbağılar taxar, at üstündə şəhərdə kişilər kimi sərbəst gəzərdilər. Qaravaş – yəni gənc kişi xidmətçilərlə dolaşan bu xanımlar həm də ailənin iqtisadi idarəçisi sayılırdı.

Təbii ki, bu cür iqtisadi müstəqillik və ailədaxili nüfuz qadınların cəmiyyətdəki roluna da təsirsiz ötüşmürdü. Vəqf sənədləri sübut edir ki, yüzlərlə qadın öz adına xeyriyyə müəssisələri təsis etmiş, məktəblər, təkyələr, karvansaralar tikdirmişdir.

Taclı Bəyim – sarayda və döyüş meydanında

Şah İsmayıl Xətainin xanımı Taclı Bəyim (bəzi mənbələrdə Taclu Xanım) təkcə sarayında birinci xanımı deyildi. Salnaməçilərin yazdıqlarına görə, Taclı Sultan Şah İsmayılla evlənərkən 14–15 yaşlarında olardı. Şah İsmayılın dövləti işlərlə bağlı verdiyi qərarlarda o böyük təsiri gücünə malik olmuşdur.

Səfəvi tarixçisi Budaq Münşi Qəzvini bildirir ki, Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyini görə dövrünün ən nüfuzlu din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı 

bəyimin səyi sayəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə bağlasalar da, bu, heç də inandırıcı deyil. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da faydalanmışdır.

Tarixi mənbələrə əsasən Taclı bəyimin Çaldıran döyüşündə də iştirak etməsi sübut olunmuşdur. Bu döyüşdə onun əsir düşməsi ilə bağlı dedi-qodular istər osmanlı, istər digər mənbələrdə mübahisəli olaraq qalır. Səfəvi mənbələrində Taclı Bəyimin əsir alınmadığı, döyüşdən sonra itdiyi qeyd olunur. Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını vurğulayaraq, Taclı Bəyimin döyüşdən qaçıb Xoy hakiminin evində gizləndiyini, buradan Təbrizə getdiyini bildirir.
1524-cü ildə Şah vəfat etdikdən sonra dövləti idarə faktiki etməyə başlayan Taclı Sultan taxta oğlu Təhmasib mirzəni çıxardır. Özü isə ara çəkişmələrlə 1540-ci ilə qədər dövlət iqtidarını əlində saxlamağı bacarır.

Taclı Bəyim həm də mədəni fəaliyyətləri ilə seçilirdi. 1519-cu ildə Qum şəhərindəki Fatimeyi-Məsumə türbəsinin “Qızıl ayvan” hissəsini bərpa etdirməsi onun dini-memarlıq irsə verdiyi dəyəri göstərir. Avropa səyyahı Mişel Membre onun saraydakı nüfuzunu o qədər yüksək qiymətləndirir ki, hətta belə bir iddia edir: “Əgər istəsəydi, Şahı belə devirmək gücünə malik idi.” Yəni səyyah təəccübünü gozlətməyərək Taclı bəyimin bu qədər gücə malik olduğunu etiraf edir.

Parixan Xanım – Səssiz sərkərdə

Şah I Təhmasibin qızı Parixan Xanım Səfəvi sarayında ən nüfuzlu qadınlardan biri olmuşdur.

Tarixçi İsgəndər bəy Münşi onun haqqında belə yazır: "Adlı-sanlı şahzadələrdən örpəkli Pərixan Sultan ağıl və biliyinin çoxluğuna görə başqa möhtərəm xanımlardan üstün və atasının yanında hamıdan izzətli, hörmətli, əziz olan rəy və məşvərət sahibi idi və başqaları ona həsəd aparırdı. Hətta o Təbriz əhlinin narazılığını qaldırmış, atasını onları vergilərdən azad etməyi məsləhət bilmişdir"

Atasının ölümündən sonra 1576–1578-ci illərdə yaranan siyasi boşluqda dövlətin real idarəçisinə çevrilmişdi. O, müxtəlif qızılbaş tayfaları arasında tarazlığı qoruyaraq taxt-tacın sabitliyini təmin etmiş, diplomatik manevrləri ilə bir sıra çevrilişlərin qarşısını almışdır.

Parixan Xanımın siyasi ağılı elə güclü idi ki, tarixçilər o olmasaydı, Səfəvi dövlətinin həmin dönəmdə dağılmasının qaçılmaz olduğunu yazırlar.

Xeyr-ün-Nisa Bəyim (Məhdü-Ülya Sultan) – Səfəvilər dövlətinin Naibəsi

I Şah Abbasın anası, Şah Məhəmməd Xudabəndənin həyat yoldaşı Xeyr-ün-Nisa Bəyim, sarayda “Məhdü-Ülya” adı ilə tanınırdı. O, ərinin hakimiyyətdə olsa da, 1578–1579-cu illərdə dövlətin de-fakto idarəçisinə çevrilmişdir. Belə ki, onun adı ilə fərmanlar verilirdi, xarici səfirlər onun hüzuruna qəbul olunurdu. Lakin bu qədər güc kişilərin qəzəbinə səbəb olmuş və Məhdü-Ülya qətliamla aradan götürülmüşdür. 

Şah İsmayılın “Qardaş qətli” qadağası – əxlaqi islahatın təməli

Venesiyalı elçi Mişel Membre öz qeydlərində Şah İsmayılın varislərinə etdiyi bir vəsiyyətdən bəhs edir. Həmin vəsiyyətdə Şah, gələcək şahların öz qardaşlarını, analıqlarını, yaxın qohumlarını hakimiyyət iddiasına görə öldürməsini qadağan edir. Osmanlı sarayında qanuniləşdirilmiş bu “qardaş qətli” təcrübəsinin əksinə olaraq, Şah İsmayıl dövlətin əxlaqi dayaqlarını gücləndirməyə çalışırdı. Bu yanaşmanın formalaşmasında saray qadınlarının – xüsusilə Taclı Bəyimin təsiri az olmayıb.

Beləliklə, Səfəvi tarixində qadınların izlərini yalnız adları ilə deyil, qurduqları vəqflərlə, yazdıqları məktublarla, təsir etdikləri siyasi proseslərlə izləmək mümkündür. Onların fəaliyyəti təkcə ailənin içindəki nüfuzla məhdudlaşmırdı – qadınlar cəmiyyətin iqtisadi, mədəni və siyasi həyatında mühüm aktorlar idi. Onların bəziləri taxta yaxın olub siyasi qərarların mərkəzində durdular, bəziləri isə xeyriyyəçiliklə xalqın yaddaşına yazıldılar.

Səfəvi qadınlarının tarixi bizə sübut edir ki, zərifliklə müdriklik, məhəbbətlə hökmranlıq, səssizliklə nüfuz bir arada mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri