Icma.az
close
up
RU
Səfir: Azərbaycan hərbçilərinin Moskvada 9 May paradında iştirakı qələbəmizi bütün dünyaya göstərmək fürsətidir

Səfir: Azərbaycan hərbçilərinin Moskvada 9 May paradında iştirakı qələbəmizi bütün dünyaya göstərmək fürsətidir

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev mayın 5-də 9 May Qələbə paradında iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə görüşüb.

525.az "Report" a istinadən xəbər verir ki, səfir azərbaycanlı hərbçilərin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirakını həmin savaşda həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə ehtiram kimi qiymətləndirib.

Səfir çıxışında Azərbaycan hərbçilərinin bu mühüm beynəlxalq tədbirdə ölkəni layiqincə təmsil edəcəklərinə inamını bildirib:

"İkinci Dünya müharibəsi və Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də milli yaddaşın əsas sütunlarındandır".

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən də danışan diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiqlik göstərərək ölkənin işğal qaltındakı ərazilərini azad edib.

R.Mustafayev qeyd edib ki, Azərbaycan öz balanslaşdırılmış xarici siyasəti ilə regionda sabitliyə mühüm töhfə verir:

“Biz bütün qonşularımızla, o cümlədən Rusiya ilə dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında əməkdaşlıq edirik. Rusiya Azərbaycan üçün müttəfiq dövlətdir və bu gün dünyanın dəyişdiyi bir vaxtda belə əlaqələrin əhəmiyyəti daha da artır”.

Səfir hərbi qulluqçulara müraciət edib:

“9 Mayda Qırmızı Meydanda Azərbaycan bayrağını aparmaq sizə nəsib olub. Bu, təkcə parad deyil, bizim tariximizi, müstəqilliyimizi və qələbəmizi bütün dünyaya göstərmək fürsətidir. Hərbçilərimiz ilk dəfə Qırmızı meydanda ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanı təmsil edəcəklər”.

Görüş çərçivəsində çıxış edən səfirliyin hərbi attaşesi Kənan Təhməzov isə vurğulayıb ki, ölkənin müstəqilliyinin qarantı güclü silahlı qüvvələridir.

“Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. 2016-cı ilin aprel döyüşlərindən başlayan döyüş yolumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə davam etdi və 2023-cü ildə Qarabağ məsələsinə son nöqtə qoyuldu. Bu gün siz Qələbə Ordusunun təmsilçiləri kimi Moskvadasınız”, - o bildirib.

Hərbi attaşe qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri