Icma.az
close
up
RU
Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır MÜSAHİBƏ

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dünyada iqtisadi əlaqələr dövlətlər arasındakı dostluğun əsasını təşkil edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan və Belarusun qarşılıqlı faydalı əlaqələri strateji tərəfdaşlığın əsası üçün möhkəm baza yaradıb. Dövlətlər arasındakı bu və ya digər aspektlər barəsində Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç ilə həmsöhbət olduq.

AZƏRTAC müsahibəni təqdim edir:

- Cənab səfir, Azərbaycan ilə Belarus arasındakı əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoqun səviyyəsi, bərabərlik, qarşılıqlı hörmət və konstruktiv yanaşma hörmətli Prezident Aleksandr Qriqoryeviçin və hörmətli Prezident İlham Heydər oğlunun xidmətidir. Xalqlarımız arasındakı çoxillik dostluğun əsasında mənəvi dəyərlər dayanır. İkitərəfli siyasi əlaqələr yüksək dinamikası ilə fərqlənir. Yüksək səviyyədə 12 səfər, o cümlədən Belarus Prezidentinin Azərbaycana 7 dəfə səfərini və 2024-cu ildə dövlət səfərini qeyd etmək lazımdır. Bu səfərlər əlamətdar olub və prezidentlər ikitərəfli əlaqələrin prioritet istiqamətlərini müəyyən ediblər. Böyük məmnunuiyyətlə qeyd etmək istəyirəm ki, Belarusun dövlət başçısı Qarabağın mirvarisi sayılan Şuşaya səfər edən ilk qeyri-türk dövlətinin prezidentidir. İki ölkənin hökumətləri də fəal əlaqə saxlayırlar. Baş nazirlər iki il ərzində qarşılıqlı səfərlər ediblər, parlamentlərdə işçi qrupları fəaliyyət göstərir, Azərbaycan və Belarus Milli Məclislərinin sədrləri qarşılıqlı səfərlər həyata keçirir, Belarusun deputatları Azərbaycanda keçirilən referendum, prezident və parlament seçkilərini müşahidə edirlər. Bunlarla yanaşı xarici işlər nazirləri də müxtəlif beynəlxalq platformalarda görüşürlər. Belarus nümayəndə heyəti Bakıda keçirilən qlobal iqlim sammitində, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində iştirak edib. Ölkələrimiz BMT, UNESCO, BMT İqtisadi və Sosial Şurası (ECOSOC), Parlamentlərarası İttifaqda qarşılıqlı fəaliyyət göstərirlər. Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi üzv olması üçün Belarusu dəstəkləməsi, Belarusun da Azərbaycanın Ümumdünya Turizm Təşkilatına namizədliyini dəstəkləməsi və Ümumdünya Poçt ittifaqının orqanlarına seçkilərdə qarşılıqlı dəstəyi nümunə göstərmək olar.

Xüsusi olaraq Azərbaycan nümayəndələrinin Böyük Vətən müharibəsində ümumi qələbənin 80 illiyində iştirakını qeyd etmək istəyirəm. Belarus torpaqlarının alman-faşist işğalından azad edilməsində iştirak edən azərbaycanlılardan Həzi Aslanov və Nəcəfqulu Rəfiyevin xatirələri xalqımız tərəfindən hər zaman anılır.

- İki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında pozitiv dinamika müşahidə olunur. Bu əməkdaşlığın daha da inkişafı üçün hansı yeni layihələri prioritet hesab edirsiniz?

- İqtisadi-ticarət əlaqələri Belarus ilə Azərbaycan arasındakı münasibətlərin əsas istiqamətini təşkil edir. Yüksək səviyyəli qarşılıqlı əlaqələrin intensivliyi Belarus-Azərbaycan Hökumətlərarası Komissiyanın dövlət başçıları tərəfindən qarşıya qoyulan miqyaslı məsələlərin həll olunması işinə yüksək temp verir. Bu günlərdə Bakıda Belarus-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi. Belarusdan iclasda böyük nümayəndə heyəti iştirak edirdi. Dövlətlərimiz ticarətin diversifikasiyası edilərək qarşılıqlı faydalı olması istiqamətinə yönəliblər. İqtisadi tərəfdaşlığımızın əsasında maşınqayırma, kənd təsərrüfatı, ağac emalı, ərzaq təminatı, əczaçılıq və qarşılıqlı investisiya yatırımı sahələri dayanır. Dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə keçən iclasda ikitərəfli əlaqələrin geniş aspektləri müzakirə olundu. İclasda xüsusi diqqət Prezident Aleksandr Lykaşenkonun 2024-cü ilin mayında, Baş nazir Aleksandr Turçinin cari ilin mayında Azərbaycana səfərləri zamanı əldə olunan razılaşmaların reallaşmasına yönəlmişdir. Biz maşınqayırma, tikinti, kənd təsərrüfatı, kimya sənayesi sahələrində istehsal koperasiyasının genişləndirilməsi üzərində çalışırıq və bizim birgə layihələrimiz yaxın gələcəkdə qarşılıqlı ticarətin, xidmətlərin əsas trendi olacaq. Böyük layihələrimizdən biri Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılmasıdır. 2007-ci ildən bu zavodda 14 min Belarus traktoru yığılıb. Bununla yanaşı kombayn, yük avtomobilləri, elektrik avtobus və yanğın-xilasetmə texnikası da yığılıb.

Cari ildə Bakıda “Vertus” şirkətinin bazasında lift istehsalı müəssisəsi açılıb. Müxtəlif növ məişət texnikasının birgə istehsalı üçün də işlər aparılır. Yaxın zamanda MAZ bazasında müxtəlif kommunal texnika istehsalı layihəsinin reallaşmasına start veriləcək. Perspektivdə kənd yaşayış məntəqələri, o cümlədən Qarabağ regionu üçün daşınan tibbi kompleks və ticarət pavilyonu istehsal layihələri də həyata keçiriləcək.

- Belarus və Azərbaycan sənaye sahəsində birgə texnika istehsal edir. Bu proqramların daha hansı sahələr üzrə genişləndirilməsi planlaşdırılır?

- Sənaye sahəsində əməkdaşlıq həmişə ikitərəfli iqtisadi əlaqələrin flaqmanı olub. Maşınqayırmadan başqa, kimya və əczaçılıq sahələri üzrə də birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Yaxın zamanlarda quduzluğa qarşı vaksin və digər baytarlıq preparatlarının istehsalına başlayacağıq. Bununla yanaşı Belarus dərmanlarının Azərbaycanın yeni zavodunda istehsalı planlaşdırılır. Eyni zamanda kimya sahəsində Belarus kalisi və Azərbaycan azotundan gübrə kompleksi istehsalı da nəzərdə tutulub. Azərbaycan və Belarus mütəxəssisləri Qarabağ regionunda aqro şəhərciyin salınması işi üzərində çalışırlar. Bu günlərdə Belarus və Azərbaycanın baş nazirlərinin müavinləri Natalya Petkeviç və Samir Şərifov Ağdam şəhərinə səfər edərək Ağdam Sənaye Parkına və Qızıl Kəngərli kəndində salınacaq aqroşəhərciyin ərazisinə baxış keçiriblər. Əminəm ki, Ağdam Sənaye Parkında əməkdaşlıq üçün yeni layihələr və istiqamətlərin hazırlanması üçün zəmin yaradılacaq.

- İkitərəfli əlaqələrimizin humanitar aspektləri barədə nə deyə bilərsiniz?

- Bu gün Belarus və Azərbaycan yüksək səviyyəli humanitar əməkdaşlıq əlaqələrinə malikdirlər. Mədəniyyət, təhsil, elm, idman, səhiyyə, turizm və gənclər sahəsində əməkdaşlıq üçün çoxsaylı səfərlər təşkil olunub. Mədəniyyət günləri, sərgilər, konfranslar, kino nümayişləri, dəyirmi masalar keçirilib. MDB çərçivəsində keçirilən tədbirlərdə birgə iştirak etmişik. Son vaxtlar filarmoniya, muzey, teatr, musiqi akademiyası, rəssamlar ittifaqının təsis olunması haqqında yeni razılaşma imzalanıb. Ötən il Azərbaycanda Belarus Mədəniyyət Günləri keçirildi. Mədəniyyət günlərində iştirak etmək üçün Azərbaycana gələn yaradıcı kollektivlər hərarətlə qarşılandı. İndi Minsk sakinləri 2026-cı ildə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini səbirsizliklə gözləyirlər. Belarus və Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlıq haqqında 70 müqavilə imzalanıb. Bakı və Minskdə müvafiq olaraq Azərbaycan və Belarus dillərində Universitet Mərkəzləri fəaliyyət göstərir. İlk belə mərkəz 15 il əvvəl Belarus Prezidentinin Azərbaycana səfəri zamanı Bakı Slavyan Universitetində açılıb. Belarus peşə təhsilinin modernləşməsi üçün Azərbaycana dəstək verib. Ötən il 4 birgə elmi-texniki layihə həyata keçirilib. Əminəm ki, elmi-texniki sahədə əməkdaşlıq ölkələrimizin iqtisadi inkişafa yaxından köməklik göstərəcək.

Həmçinin ötən il Belarus-Azərbaycan gənclik forumu keçirildi və Respublika Gənclik Mərkəzi ilə Bakı Gənclik Mərkəzi arasında memorandum imzalandı. Onlar arasında hazırda birgə layihələrin və təşəbbüslərin müzakirəsi aparılır. Mənzil-qərargahı Bakıda yerləşən Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə Belarus gəncləri arasında əlaqələr qurulub. Biz tez-tez “Gənclər bizim gələcəyimizdir” - deyirik və buna görə də gənclər arasında əlaqələrin güclənməsini vacib hesab edirik.

İdman sahəsində komandalar və idman federasiyaları səviyyəsində əməkdaşlıq əlaqələrimiz davam edir. Fürsətdən istifadə edib Azərbaycanı 3-cü MDB oyunlarını uğurla keçirdiyinə görə təbrik edirəm. Bu idman yarışında Belarusu 240 idmançı təmsil edirdi.

Belarus və Azərbaycan üçün əhəmiyyətli istiqamətlərdən biri də turizmdir. Səhiyyə sahəsində əməkdaşlıq əlaqələrini artırırıq. Səhiyyənin onkoloqiya və transplantologiya sahələrinə əməkdaşlığa xüsusi diqqət yetiririk.

Ümumilikdə isə xalq diplomatiyasının inkişafını da prioritet istiqamət hesab edirik və buna görə də insanlarımız arasındakı əlaqələri idman, turizm, elm və gənclər siyasəti ilə daha da yaxınlaşdırmağa çalışırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri