Olimpiya kəndinin tikinti sahələrində gizli məşğulluq: genişmiqyaslı məhkəmə prosesi başlayıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Paris, 3 fevral, AZƏRTAC
Fransada Paris-2024 Olimpiya və Paralimpiya Oyunları üçün inşa edilən Olimpiya kəndinin tikintisində gizli əmək fəaliyyəti ilə bağlı genişmiqyaslı məhkəmə prosesi başlayıb.
Bobinyi (Bobigny) məhkəməsində 21 fiziki şəxs və üç şirkət gizli məşğulluq və iş icazəsi olmayan xarici vətəndaşların mütəşəkkil şəkildə işə cəlb edilməsi ittihamları ilə mühakimə olunur.
AZƏRTAC xəbər verir ki, üç həftə davam etməsi planlaşdırılan proses 2021–2022-ci illərdə Sen-Deni, Sen-Uen və Lil-Sen-Deni kommunalarında yerləşən, Olimpiya layihəsinin simvolik obyektlərindən sayılan Olimpiya kəndinin tikintisi zamanı baş verən faktları əhatə edir.
Sosial sığorta haqlarının yığılmasına cavabdeh qurum olan “Urssaf”ın hesablamalarına görə, dövlətə və sosial sistemə dəymiş maliyyə zərəri təxminən 8 milyon avro təşkil edir.
Məsələ 2022-ci ilin yanvarında, tikinti sahəsində gizli işçi işlədilməsi ilə bağlı şübhələrin ortaya çıxması ilə gündəmə gəlib.
İşçilərdən daxil olan şikayətlərdən sonra Bobigny CGT həmkarlar ittifaqı əmək müfəttişliyi orqanlarına müraciət edib. 2022-ci ilin martında aparılan yoxlama zamanı bəyan edilməmiş işçilərin, eləcə də iş icazəsi olmayan xarici vətəndaşların tikinti sahəsində çalışdığı müəyyən edilib.
İstintaq nəticəsində məlum olub ki, bəzi sənədsiz işçilər yoxlama zamanı gizlədilib və subpodratçı şirkətlər vasitəsilə işə cəlb olunub. Bir sıra işçilər faktiki işlədikləri saatlara görə tam ödəniş almayıb, baş vermiş istehsalat qəzaları isə nə bəyan edilib, nə də kompensasiya olunmayıb.
Araşdırmalar ümumilikdə 11 şirkəti əhatə edib. Onların əksəriyyəti hazırda ya ticarət reyestrindən silinib, ya da müflis elan olunub. Müstəntiqlər qısaömürlü, az nizamnamə kapitalına malik şirkətlərdən və bəzi hallarda yalnız formal olaraq rəhbər göstərilən, lakin real idarəetmədə rolu olmayan “saxta direktorlar”dan ibarət zəncirvari subpodratçılıq mexanizmini üzə çıxarıb.
Bu proses Paris Olimpiya Oyunları ilə bağlı sosial və əmək hüquqları mövzusunda aparılan müzakirələrə yeni impuls verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 03 Fevral 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















