Səfir: İsrail diplomatlarını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə Azərbaycana təşəkkür edirəm
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İsrail səfirliyinin iki əməkdaşının yaxın məsafədən güllələndiyi Vaşinqtonda yəhudilərin tədbirində törədilmiş dəhşətli terror aktı bizi sarsıtdı.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial media paylaşımında bildirib.
"Həyatlarının ən yaxşı çağlarında olan Yaron və Sara gələn həftə nişanlanmalı idi. Mən Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür etmək istəyirəm", - diplomat qeyd edib.

Səfir: Pakistan göstərdiyi qətiyyətli dəstəyə görə, Azərbaycana təşəkkür edir
14 Avqust 2025 09:18
Səfir: Kəşmir xalqı ilə həmrəyliyinə görə Azərbaycana təşəkkür edirəm
05 Avqust 2025 16:38
Səfir: Ukrayna göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır
24 Fevral 2025 20:58
Səfir: Türkiyə və Suriya ilə görüşlərimizə ev sahibliyi üçün Azərbaycana təşəkkür edirəm
25 İyul 2025 12:29
COP31 namizədliyimizə göstərdiyi güclü dəstəyə Azərbaycana təşəkkür edirəm
12 Aprel 2025 20:57

