Sega nın yaradıcısı vəfat etdi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
“Sega Mega Drive” (Genesis) və “Dreamcast” konsollarının yaradıcısı Hideki Sato 77 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə “Kotaku”nun məlumatında deyilir.
Satonun 13 fevral 2026-cı ildə vəfat etdiyi bildirilib.
Qeyd edilir ki, o, oyun sənayesində dərin iz buraxaraq, arkada tipli qrafika və unikal oyunlarla ev konsolları konsepsiyasını təşviq edib.
Hideki Sato 1971-ci ildə “Sega”ya qoşulub və şirkətin aparıcı simalarından biri olub. 1989-cu ildə məşhur Nintendo Entertainment System (NES) ilə uğurla rəqabət aparan oyun konsolu olan “Sega Mega Drive”ı yaradıb. Daha sonra o, “Saturn” və “Dreamcast” konsollarının hazırlanmasına rəhbərlik edib. Sonuncu, kommersiya uğursuzluğuna baxmayaraq, kulta çevrilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 Fevral 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















