Icma.az
close
up
RU
“Şeh. Olmayan Səhər” Reportaj

“Şeh. Olmayan Səhər” Reportaj

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gül əkdi, vay dərdi cahan bağından,

Tökdüyü yaşlara şeh dedi getdi”.

Sərgini dolaşa-dolaşa Mikayıl Müşfiqin bu misralarını xatırlayıram. Şərq ədəbiyyatında şeh əsasən göz yaşı ilə assosiasiya olunur. Fəqət bu əsrarəngiz təbiət hadisəsinin tərifi incəsənətdə daha çox zərif gözəlliyin təcəssümü kimi təqdim olunur.

Vüsalə Ağarazıyevanın “Şeh. Olmayan Səhər” adlı fərdi sərgisindəyəm. Əvvəla, qeyd edim ki, sərgi “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində keçirilirdi.

Tədbir üçün məhz Şirvanşahlar Sarayının seçilməsi təsadüf deyil. Buranın dar dəhlizlərində qaranlıq işığı qucaqlayır. Eynilə şehin yer üzünə səpələndiyi məqam kimi.

Atmosferi tam hiss etmək üçün əvvəlcə məkanı bir neçə dəfə dolaşıram. Diqqətimi çubuqların əhatəsində olan guşə çəkir. Yaxınlaşıb açıqlama ilə tanış oluram: “Şehlə yuxarı” zərrəvi və tekstural səthə malik 17 element döşəmədə quraşdırılıb. Hər “damcı”nın mərkəzindən iki metr hündürlüyündə incə metal çubuqlar qalxır. Silsilə torpaqla hava sərhədindəki şeh izini xatırladan, səthdən doğan vertikalların ritmi üzərində qurulub”.

Olduqca maraqlı ideyadır.

Daha sonra rəngli gəmilərin düzüldüyü guşəyə yaxınlaşıram: “Başlanğıcın Alkimyası” dörd taxta installasiyadan ibarət silsilə, dörd ünsürün metaforudur. Şeh su, hava və torpaq ünsürlərinin qovşağında yaranır, günəşin odunun təsiri ilə görünür və yavaş-yavaş yox olur”.

Məkanın mistik ab-havası sərginin ideyası ilə uğurlu tandem təşkil edir. Bu isə sərginin böyük zəhmət hesabına ərsəyə gəlməsindən, hər detalın diqqətlə işlənməsindən xəbər verir.

Rəssamla söhbətimiz zamanı buna bir daha əmin oluram. Vüsalə xanım deyir ki, bu mövzuya təsadüfən müraciət etməyib: “Son beş ildə İsmayıllının İvanovka kəndinə köçmüşəm. Bu sərginin də kuratoru olan Nigar xanımla birlikdə İvanovkada sənət mərkəzi açmışıq. Orada təbiətlə birbaşa təmasda olduğumuz üçün çox fərqli emosiyalar yaşayıram. Belə olanda təbiətə fərqli gözlə baxmağı da öyrənirsən. Yarpağın tərpənişinə belə sənə fərqli görünür. Şehin ruhunu da məhz beləcə hiss etmişəm. Həmçinin, son dövrlərdə Şərq fəlsəfəsi və poeziyası ilə dərindən maraqlanıram. Bu mövzunu seçməyimdə sözügedən amilin böyük rolu var, bir sözlə, məni ilhamlandırıb.

Ümumiyyətlə, həmişə suyu metalda daha çox görüb hiss edirdim. Məhz bu səbəbdən burada ilk dəfə böyük formatda dəmirdən istifadə olunub. Bu material mənə çox maraqlı gəlir. İllər ərzində müxtəlif materiallardan istifadə etmişəm. Düşünürəm ki, bu, fərqli bir yanaşma idi. Şehin düşdüyü məqam günün elə bir anıdır ki, sən onu görmək üçün mütləq oyaq olmalısan. Əgər mən şehi görmək istəyirəmsə, deməli, oyanmalıyam. Həm öz yaxınlarımıza, həm ətrafımızda baş verən hadisələrə qarşı diqqətcil olmalıyıq. Sərgidə eşitdiyimiz “Oyan” sədaları da məhz buna işarədir”.

Vüsalə xanım prosesin gedişatında bir çox mənbələrə müraciət etdiyini, hər detalı diqqətlə işlədiyini vurğuladı: “Ancaq daha çox daxildən gələn hislərimə qulaq vermişəm. Sərgi ilə bağlı təklif alanda qərar verdim ki, məkan olaraq Şirvanşahlar Sarayını seçməliyəm. Bildiyiniz kimi, bura çox böyük məkandır. Çünki üç həftə ərzində bu qədər iş görmək çox çətindir. Demək olar ki, bu müddət ərzində gecə-gündüz işləmişəm. Çünki həm kətan üzərində işlər, həm də dəmir üzərində instaliyasiyalar var. Burada bir-birindən fərqli əsərləri görə bilərsiniz”.

Sərgidə həm fərqli, həm də xeyli maraqlı əsər gördüm. Ən əsası isə, bu sərgi mənə şehə başqa gözlə baxmağı öyrətdi. Məlum yanaşma özlüyündə dərin fəlsəfi məna ehtiva edir. Nəinki şehi, vüsalına çatmaq istədiyimiz istənilən məqam üçün zamanında oyanmalıyıq. Yoxsa ya gecəyə uduzacağıq, ya da səhərə...

Aytac Sahəd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri