Icma.az
close
up
RU
“Şəhər nəqliyyatını iflic etmək olmaz” Deputatdan ÇAĞIRIŞ

“Şəhər nəqliyyatını iflic etmək olmaz” Deputatdan ÇAĞIRIŞ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Şəhərlərdə nəqliyyat sıxlığı artıq yalnız yol hərəkəti və infrastruktur problemi kimi deyil, insanların gündəlik həyatına birbaşa təsir edən sosial məsələ kimi də müzakirə olunur. Sıxlıq səbəbindən ictimai nəqliyyatın həddindən artıq dolması, insanların uzun müddət yolda qalması, taksi xidmətlərinin bahalaşması və nəticədə vətəndaşların işə, dərsə və digər vacib ünvanlara gecikməsi gündəlik həyatın keyfiyyətinə ciddi təsir göstərə bilir.

Məsələnin insan hüquqları aspektindən maraqlı tərəfi isə budur: vətəndaşın işinə və ya təhsil müəssisəsinə vaxtında çata bilməməsi, nəqliyyat xidmətlərinin müəyyən insanlar üçün maddi baxımdan əlçatmaz olması və şəhər daxilində təhlükəsiz və əlçatan hərəkət imkanlarının məhdudlaşması hansı həddə hüquqi problem hesab edilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu bildirdi ki, cəmiyyətdə, ictimai nəqliyyatda, ictimai münasibətlərdə üzləşdiyimiz hər hansı problemin mütləq hüquqi aspekti var:

"Çünki hüquq vətəndaşlara tanınmış haqqdır. Amma həm də vəzifə anlayışını unutmadan hüquqlarımızı tələb etməliyik. Hüquqlarımız nədir, vəzifələrimiz nədir? Bu iki anlayışı bir-birindən ayırmadan bütün məsələlərə şamil etsək, mənə elə gəlir ki, ən müxtəlif problemləri ən qısa müddətdə həll etmək mümkündür. Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının ictimai nəqliyyatdan istifadə etmək və optimal vaxtda A nöqtəsindən B nöqtəsinə çatmaq hüququ var. Bunu təmin edən isə, şübhəsiz ki, yol və nəqliyyat infrastrukturu sahəsində məsul olan şəxslərdir. Onlar bu hüququ təmin etməklə mükəlləfdirlər".

Millət vəkili qeyd etdi ki, hazırda tıxacların yaranmasının obyektiv və subyektiv səbəbləri var:

"Obyektiv səbəbləri biz bilirik. Subyektiv səbəblər isə bundan ibarətdir ki, şəhər nəqliyyatının idarə olunması ilə bağlı müasir metodların tətbiqində hələ də problemlər var. İkincisi, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş 2030-cu ilə qədər Bakı şəhərinin nəqliyyat infrastrukturunun yenilənməsi prosesinin icra edilməsində problemlər var. Bu iki məsələ qısa müddətdə həllini tapmalıdır ki, nəhayət, hamını narahat edən bu problemlərdən xilas olaq. Ona görə “problem nədir?” sualının cavabı budur: Doğrudur, proqram 2030-cu ilə qədər yekunlaşmalıdır. Amma bu, o demək deyil ki, hazırda Bakı şəhərinin bir sıra ərazilərində olduğu kimi yolu bağlayıb, tunel çəkmək üçün qazma işləri aparıb, sonradan işi davam etdirmədən 2030-cu ili gözləmək lazımdır. Yəni “onsuz da 2030-cu ilə altı ay qalana qədər bu işləri başa çatdıra bilərəm, qoy bu il də belə qalsın” məntiqi doğru deyil. Mənə elə gəlir ki, əgər Ziya Bünyadov adına prospektə paralel prospektin çəkildiyi istiqamətə diqqət etsək, dediyim problemi orada çox aydın görmək olar. Bu da digər paralel yollar üzərində təzyiq yaradır".

Müsahibimizin sözlərinə görə, ardıcıllıq məsələsinə də xüsusi diqqət yetirmək lazımdır.

"Eyni vaxtda nəzərdə tutulan bütün layihələri başlayıb şəhər nəqliyyatını iflic etmək olmaz. Burada ardıcıllıq və optimal vaxt rejimi tətbiq olunmalıdır. İşlər növbəli şəkildə həyata keçirilməlidir ki, biri digərinin ardınca bağlansın və digər nəqliyyat arteriyaları yükü öz üzərinə götürə bilsin. Mənə elə gəlir ki, bununla bağlı müvafiq qurumlar ictimaiyyətə hesabat təqdim etməlidirlər ki, biz bu prosesi necə həyata keçiririk. Burada xaos varmı, yoxsa ardıcıllıq və planlı şəkildə işin davam etdirilməsi varmı? Hansı iş nə üçün və hansı növbəliliklə həyata keçirilir? Yəni bunu ictimaiyyətə izah etmək lazımdır ki, vətəndaşlarda bir rahatlıq hissi yaransın. Əgər tənqidi istiqamətlər varsa, onlar da öz həllini tapsın.

Təsadüfi deyil ki, bütün dövlət qurumlarında ictimaiyyətlə əlaqələr şöbələri var və bunların vəzifəsi məhz ictimaiyyəti görülən işlərlə bağlı məlumatlandırmaqdır. Belə olan halda həm prosesi icra edən qurumların məsuliyyəti artar, həm də ictimai rəydə bir əminlik, yəqinlik və rahatlıq yaranar ki, bu problem keçicidir. Ona görə də mən düşünürəm ki, Azərbaycan Prezidentinin müvafiq qurumlar qarşısında qoyduğu bu məsələ qeyd etdiyimiz məsuliyyətlə icra olunarsa, qısa müddətdə biz bu nəqliyyat problemini uyğun qrafik üzrə həll edə bilərik", - deyə H.Babaoğlu vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri