Icma.az
close
up
RU
Səhər yeməyində kolbasa və sosiska sevənləri gözləyən TƏHLÜKƏ

Səhər yeməyində kolbasa və sosiska sevənləri gözləyən TƏHLÜKƏ

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhər yeməyini tez və rahat keçirmək istəyən bir çox insanın ilk seçimi kolbasa və sosiska olur. Bu məhsullar dadlı və hazırlaması asan olsa da, sağlamlıq üçün ciddi risklər daşıdığına dair xəbərdarlıqlar artır. Həkimlər və dietoloqlar xəbərdarlıq edir: kolbasa və sosiska gündəlik menyuda yer alırsa, sağlamlığınız təhlükə altındadır.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, əsasən emal olunmuş ətlər siyahısında yer alan bu məhsullar natəmiz heyvan hissələrindən hazırlanır. Tərkibində ətdən əlavə sümük unu, dəri, sinir toxumaları və ucuz yağların olması mümkündür. Üstəlik, bu məhsullara rəng verici, dad artırıcı, konservant və nitrid kimi kimyəvi maddələr də əlavə olunur. Bu da onları orqanizm üçün təhlükəli edir.

Dietoloqların sözlərinə görə, kolbasa və sosiska kimi məhsulların uzunmüddətli istifadəsi orqanizmdə xərçəngə meyilliliyi artırır: “Əsas təhlükə bu məhsullarda olan nitratlar və nitritlərdir. Bu maddələr bağırsaq florasını pozur və kanserogen birləşmələrə çevrilə bilir. Mütəmadi istifadə bağırsaq, mədə və pankreas xərçəngi riskini yüksəldir”.

Bundan əlavə, bu tip emal olunmuş ətlərin yüksək duz tərkibi var. Həddindən artıq duz qəbul edən insanlarda yüksək qan təzyiqi, böyrək pozğunluğu və ürək-damar problemləri riski artır. Uşaqlar üçün isə bu məhsullar daha təhlükəlidir, çünki onların immun sistemi zəifdir və kimyəvi maddələrə qarşı müqavimətləri aşağıdır.

Mütəxəssislər bildirir ki, kolbasa və sosiska istehlak edənlərdə piylənmə riski də yüksəkdir. Bu məhsulların kalorisi yüksək, qidalandırıcı dəyəri isə aşağıdır. Belə qidalar toxluq hissi vermədən orqanizmi artıq enerji ilə yükləyir və bu da çəkidə artıma səbəb olur.

Bu səbəbdən səhərlər kolbasa-sosiska ilə doymaq əvəzinə, daha sağlam alternativlərə yönəlmək tövsiyə olunur. Məsələn, qaynadılmış yumurta, pendir, tərəvəz, zeytun, qoz-fındıq və yulaf əsaslı yeməklər həm doyurucu, həm də sağlamdır. Əgər zaman problemi varsa, evdə bişirilmiş təbii ət məhsulları və ya az miqdarda qatqısız pendirlə hazırlanmış sendviçlər yaxşı alternativ ola bilər.

Unutmaq olmaz ki, səhər yeməyi günün ən vacib qidasıdır və günə hansı enerjiylə başlamağımız gələcək sağlamlığımızı birbaşa müəyyən edir. Kolbasa və sosiska kimi məhsulları gündəlik vərdişə çevirmək isə gələcəkdə sağlamlıq problemlərinə zəmin yarada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Aprel 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri