Səhər yeməyini qəhvə ilə əvəz edənlərin DİQQƏTINƏ: Həkim riskləri açıqladı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Səhər yeməyində yalnız qəhvə içmək sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Bu barədə rusiyalı həkim-endokrinoloq Viktoriya Sadovskaya "RT" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Həkim bu vərdişin hansı sağlamlıq problemlərinə səbəb ola biləcəyindən danışıb.
Viktoriya Sadovskaya qeyd edib ki, səhər yeməyindən imtina etmək öz-özlüyündə maddələr mübadiləsini yavaşlatmır və ya çəki artımına səbəb olmur. Lakin onun sözlərinə görə, səhər yeməyini tam qida qəbulu ilə əvəz etmək əvəzinə yalnız qəhvə içmək narahatlıq hissini artıra və ürək döyüntüsünü sürətləndirə bilər.
Mütəxəssis bildirib ki, bu cür yan təsirlər kofeinin sinir sistemini stimullaşdırması ilə əlaqədardır.
Bundan əlavə, Viktoriya Sadovskaya vurğulayıb ki, qəhvə mədədə xlorid turşusunun ifrazını stimullaşdırır. Bu isə mədə yanmasına meyilli insanlarda həmin simptomun yaranması və ya güclənməsi riskini artırır.
Eyni zamanda, həkim acqarına qəhvə içməyin mədə xorası və ya qastrit kimi xəstəliklərə səbəb olması barədə geniş yayılmış fikri mif adlandırıb. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Noyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















