Icma.az
close
up
RU
Səhər yorğun oyanırsınız? Səbəb tənbəllik olmaya bilər

Səhər yorğun oyanırsınız? Səbəb tənbəllik olmaya bilər

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyalı psixoloq Diana Qonçarova bildirib ki, xroniki tükənmişliyin əsas əlamətlərindən biri emosional boşluq hissidir.

Ölkə.az xəbər verir ki, bəzən insanlar səhər yuxudan oyanan kimi özlərini halsız və enerjisiz hiss edirlər. Bu vəziyyət çox vaxt tənbəllik kimi qiymətləndirilsə də, əslində səbəb daha ciddi ola bilər. 

Onun sözlərinə görə, bir çox insan "yorulmuş at sindromu" da adlandırılan psixoloji avtonomiyanın xroniki tükənməsi ilə üzləşir. Bu sindrom bir neçə əlamətlə özünü göstərir: emosional boşluq, insanın öz istək və ehtiyacları ilə əlaqəsini itirməsi, daimi gərginlik hissi və istirahət etdiyi zaman günahkarlıq hissinin yaranması.

Psixoloq qeyd edib ki, müəyyən tövsiyələrə əməl etməklə bu vəziyyətdən çıxmaq mümkündür. O, ilk növbədə iş saatlarından kənarda işləməməyə çalışmağı tövsiyə edib. Bundan əlavə, həftədə bir dəfə özünə "Mən bunu həqiqətən istədiyim üçün edirəm, yoxsa kimisə məyus etməkdən qorxduğum üçün?" sualını verməyi və sonradan belə işlərdən ən azı birindən imtina etməyi məsləhət görüb.

O, həmçinin tükənmişliklə tənbəllik anlayışlarının qarışdırılmamasının vacibliyini vurğulayıb. Onun fikrincə, tənbəllik istəməmək, tükənmişlik isə "çox istəsən belə bacarmamaq" vəziyyətidir.

Psixoloq əlavə edib ki, bu sindrom xəstəlik diaqnozu deyil, insanın uzun müddət imkanlarının son həddində çalışdığını göstərən bir siqnaldır.

"Bu, zəifliyin deyil, uzun müddət həddindən artıq yüklənmənin göstəricisidir. İlk müalicə isə gün ərzində ən azı bir saat özünüzə məhsuldar olmamağa icazə verməkdir", – deyə o bildirib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 İyun 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri