Şəhərdə piyada, mikromobillik, ictimai nəqliyyat vəhdət halında qurulmalı və rahat keçid təmin olunmalıdır
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çoxfunkisonal küçə və yol terminlərini ayrımaq lazımdır.
Rauf Ağamirzəyev
“Şəhərdə insanlar çox yaşayır və hərəkət edirsə, burda qurulan küçələr çoxfunksional qurulmalıdır. Fərqli hərəkət iştirakçıları üçün hərəkət imkanı yaradılmalıdır. Müasir şəhərlərdə şəhər iyerarxiyasının ən üst pilləsində insan dayanır. Bundan sonra mikromobillik və ictimai nəqliyyat, ən sonda fərdi nəqliyyat yer alır”-deyə ekspert qeyd edib.
Rauf Ağamirzəyevin fikrincə, küçələr elə qurulmalıdır ki, axınlar qarışmasın.
“Piyada, mikromobillik, ictimai nəqliyyat vəhdət halında qurulmalı və rahat keçid təmin olunmalıdır. Küçələr lahiyələndirilən zaman ictimai səhiyyəyə düşən yük də nəzərə alınmalıdır. Yəni yanlış lahiyələndirilən küçələr qəza riskini və səhiyyənin yükünü artırır. Amma doğru lahiyələndirilən, təhlükəsizliyi qabardan həlləri nəzərə alan işlər səhiyyəni yollardakı əlavə yüklənmədən azad edir. Piyadanın davranışı təhlil edilməli qəza olan sahə makro səviyyədə analizi edilməlidir. Qəza olan yerə qədər piyada infrastrukturu təftiş edilməlidir. Bu işlər müstəqil ictimai təşkilatlara həvalə edilməlidir”-deyə ekspert bildirib.
Rauf Ağamirzəyev qeyd edib ki, yollarda təmir zamanı müvəqqəti nişanların sayı çox olmalı bu hissələrdə sürət azaldılmalı və buradə məlumat verilməlidir: “Səki tikintisi səbəbindən yol bağlanıbsa, avtomobillərin rahat hərəkəti nəzərə alınmaqla müvəqqəti səki təmin edilməli və xəbərdaredici nişanlar qoyulmalıdır”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 İyun 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















