Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bakıda mikromobillik və əlçatan ictimai nəqliyyat REPORTAJ

Bakıda mikromobillik və əlçatan ictimai nəqliyyat REPORTAJ

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekologiyanın təmiz olması və atmosferə atılan tullantıların azaldılması məqsədilə Bakıda mobilliklə bağlı proqramın icrasına başlanılıb və artıq proqramın bir hissəsi tamamlanıb.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, 2023-cü ilin ortalarından etibarən AYNA tərəfindən Bakı şəhərində mikromobillik zolaqlarının salınması istiqamətində araşdırmalara başlanılıb. Araşdırmalara bu sahədə ixtisaslaşmış beynəlxalq mütəxəssislər də cəlb edilib.

Təhlillər nəticəsində 3 mərhələdən ibarət olan “Konseptual Plan” hazırlanıb. Sözügedən plana əsasən şəhərin mərkəzi hissəsini və ətraf ərazilərini əhatə edən 100 kilometr uzunluğunda mikromobillik zolaqları şəbəkəsinin formalaşdırılması hədəflənir. Belə ki, mikromobillik proqramının əsas tərkib hissəsi yol hərəkətinin təşkili, taksi xidməti üzrə islahatlar, parklanmanın idarə edilməsi, avtobus marşrutlarının təhlilidir. 2030-cu ilə hədəflənən məqsədlərə nail olmaq üçün işlər bir neçə mərhələ üzrə aparılır.

Qeyd edək ki, şəhərin bəzi ərazilərində mikromobillik zolaqları təşkil edilsə də, həmin zolaqlar yalnız müəyyən kiçik bir əraziləri əhatə etdiyi və davamlı olmadığı üçün demək olar ki, istifadəsiz qalmışdı. Bu planda isə əsas məqsəd mikromobillik zolaqlarının cəlbetmə məntəqələri dediyimiz, insanların gündəlik olaraq daha çox səfər etdiyi əraziləri (metro stansiyaları, avtobus dayanacaq məntəqələri, təhsil müəssisələri, ictimai iaşə obyektləri, iri ticarət mərkəzləri, iş yerləri, ofislər və.s) əlaqələndirməsi və davamlı olmasıdır. Artıq 2023-cü ilin sonlarından etibarən “Konseptual Plan”ın icrası istiqamətində işlərə başlanılıb.

Layihənin birinci və ikinci mərhələləri üzrə 35 kilometrlik mikromobillik zolaqları salınır

Hazırda birinci və ikinci mərhələ üzrə 35 kilometr uzunluğunda mikromobillik zolaqları salınır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhərində ilk dəfə olaraq nizamlanan yol kəsişmələrində mövcud işıqfor dirəklərinin üzərinə 25 ədəd velosiped bölmələri quraşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov verdiyi açıqlamada qeyd edib ki, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “bufer zona”lara 2000-dən artıq təhlükəsizlik sədləri yerləşdirilib: “Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Növbəti addımlarda planda əksini tapmış digər küçə və prospektlərdə də mikromobillik zolaqlarının salınması və həmin zolaqların bir-biri ilə əlaqələndirilmə prosesinin tamamlanması nəzərdə tutulur”.

Onun sözlərinə görə, ötən il ilk dəfə Bakı şəhərində “Bikesharing” dediyimiz velosipedlərin kirayəsi xidməti fəaliyyətə başlayıb.

“Bu sistemin əsas üstünlüklərindən biri odur ki, insanlar velosipedləri kirayə götürdükləri məntəqələrə deyil, səfər etdikləri əraziyə ən yaxın məsafədə yerləşən parklanma məntəqələrinə təhvil verə bilirlər. Bunun üçün, AYNA tərəfindən 70 məntəqədə velosiped konstruksiyaları quraşdırılıb, həmin parklanma məntəqələrinə velosipedlərin kirayə qaydalarını özündə əks etdirən məlumat lövhələri yerləşdirilib. Yaxın günlərdə bu tip parklanma məntəqələrinin sayı daha da artırılacaq”, - deyə Coşqun Məmmədov vurğulayıb.AYNA-nın şöbə müdiri qeyd edib ki, infrastrukturun qurulması ilə yanaşı, ötən il bu istiqamətdə mövcud qanunvericilikdə də təkmilləşdirmə işləri aparılıb: “Belə ki, daha öncə qanunvericilikdə velosiped yolları, onlardan istifadə qaydaları, velosipedçilərin və digər yol hərəkəti iştirakçılarının velosipedçilərə münasibətdə hüquq və vəzifələri barədə çox kiçik məlumatlar öz əksini tapıb. Mikromobillik vasitələrinin digər növləri barədə isə ümumiyyətlə hər hansı maddələr yox idi. Artıq edilmiş dəyişikliklərə əsasən “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununa velosiped zolaqları, velosiped cığırları, velosiped yolları, kiçik elektrik nəqliyyat vasitələri, onların istifadəçilərinin hüquq və vəzifələri, operator kimi bir çox anlayışlar daxil edilib, mikromobillik vasitələri bir növ nəqliyyat vasitəsi kimi tanınıb. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində velosiped yollarına digər nəqliyyat vasitələrinin daxil olmasına, parklanmasına, mikromobillik istifadəçilərinin yol hərəkəti qaydalarını pozmasına, operatorların göstərilmiş tələblərdən kənar fəaliyyətinə görə inzibati tənbeh tədbirləri nəzərdə tutulub”.

Mikromobillik zolaqları dünyanın bir çox şəhərlərində mövcuddur

AYNA tərəfindən təşkil edilmiş mikromobillik zolaqları “Pop up” tipli mikromobillik zolaqları adlandırılır ki, burda söhbət mövcud zolaqların ölçülərinin standartlara uyğunlaşdırılaraq, yolun kənarında ayrılmış mikromobillik zolaqlarının təşkilindən gedir. Bu təcrübə, İspaniyanın Barselona, Portuqaliyanın Braqa, ABŞ-ın Nyu-York, Mayami kimi bir çox şəhərlərdə mövcuddur. Bakı şəhərində mikromobillik zolaqları təşkil edilmiş əksər küçə və prospektlərdə mikromobillik zolaqları digər zolaq sayları sabit saxlanılmaqla təşkil edilib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında bildirib ki, mobilliyin transformasiyası çərçivəsində ötən il şəhər küçələrində bir sıra işlər görülüb.

“Belə ki, şəhər üçün yeni olan mikromobillik zolaqları çəkilib. İlkin olaraq 35 kilometrlik şəbəkə formalaşdırılıb. Bu şəbəkə təkmilləşdirilir, yaxın dövr ərzində bunun 100 kilometrə çatdırılması hədəflənir. Mobillik layihəsində kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped və skuterlər də nəzərə alınıb. Xüsusi yol nişanları, zolaqlar arasındakı bufer zonalarda təhlükəsizlik sədləri quraşdırılıb. Bundan başqa, velosiped və skuterlər üçün parklanma yeri salınıb”, - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq bəzən ənənəvi nəqliyyat vasitələrinin mikromobillik zolaqlarını zəbt etməsi müşahidə olunur: “İnsanların təhlükəsiz mobil nəqliyyat vasitələrindən istifadəsi üçün cərimələr sərtləşdirilməlidir. Velosiped və skuterlərdən geniş istifadə şəhər yollarında ciddi alternativ formalaşdırır. Yəni əvvəllər insanlar avtomobildən, avtobusdan və taksidən asılı idilərsə bu gün qısa məsafəni mikromobillik vasitələri ilə qət edə bilərlər. İlkin olaraq şəhərin mərkəzində bu növ zolaqlar müşahidə olunur. Göründüyü kimi şəhərin həm qərbində, həm şərqində, həm də mərkəzində bu növ zolaqlara rast gəlmək mümkündür”.

Ciddi investisiya tutumlu böyük layihə

Bu günədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihə “rəqəmsal əkiz” üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub. Ötən dövr ərzində xidmətlərin elektronlaşdırılması, eyni zamanda bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib addımlar atılıb. “BakıKart”, “Azparking”, “Biletim.az” mobil tətbiqləri, həmçinin AYNA İnformasiya Sisteminin bir neçə alt sistemi istifadəyə verilib. Artıq mobillik proqramının ilkin müsbət nəticələri də müşahidə edilir. Belə ki, taksi sahəsində aparılan islahatlar nəticəsində Bakı şəhərində taksi səfərlərinin sayı azalıb.

Mobilliyin təmin edilməsi üçün atılan addımlardan biri də parklanma yerlərinin düzgün təşkil edilməsidir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün də vacib tədbirlər görülür. AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, xətlərdə avtobus sayı gündəlik nəzarətə götürülüb, avtobusların hərəkətində fasiləsizlik təmin edilir. Avtobuslar üçün xüsusi zolağın ayrılması yolların buraxılış qabiliyyətini dəfələrlə artırır. Hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir. Xüsusi hərəkət zolaqlarının təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti ciddi şəkildə qısalıb.

Yeni çağırışlar müasir şəhər mühitinin daha çox vətəndaşyönümlü olması, mikromobillik vasitələrindən istifadəyə təşviq edilməsidir. Bu tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.

Mikromobilliyin əhəmiyyəti

Bakı şəhərində operatorlar tərəfindən 4760 ədəd mikromobillik vasitəsi icarəyə verilir. AYNA-dan bildirilib ki, sentyabr-dekabr ayları ərzində operatorlar tərəfindən 850 944 sifariş qəbul edilib. Bundan başqa, mikromobillik vasitələri ilə 2 milyon 244 min 302 kilometr məsafə qət edilib. Qısa məsafələrdə alternativ nəqliyyat vasitələrindən istifadə edilib. Qeyd edək ki, mikromobilllik şəbəkəsinin genişləndirilməsi ümumilikdə şəhərdə vətəndaşların mobilliyini artırır. Bununla yanaşı ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsir edir və mikromobillikdən istifadə şəhər mərkəzində avtomobillərdən istifadəni və sıxlığı azaldır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:453
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Mart 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri