Icma.az
close
up
RU
Şəhəri necə salmalı?

Şəhəri necə salmalı?

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə təkliflərin bir ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi bildirilir.

Bu gün bütün dünyada sürətli urbanizasiya, habelə iqlim dəyişikliyi davamlı və iqlimə uyğunlaşan şəhər inkişafına nail olmaq üçün ciddi çətinliklər yaradır. Sürətli urbanizasiya və artan iqlim riskləri fonunda şəhərlərin inkişaf strategiyası bəzən bir çox təzyiqlə üzləşir. İqlimə, şəraitə, yerli şərtlərə uyğun dizayn strategiyalarının vacibliyi həm də dayanıqlılığı təmin edir. Elmi bilikləri, texnoloji innovasiyanı birləşdirərək iqlimə uyğun dizayn edilmiş şəhərsalma həm də enerji səmərəliliyini, məkan rahatlığını və ekoloji göstəriciləri artırır.

Tədqiqatlar göstərir ki, optimallaşdırılmış bina planları, bitki örtüyü ilə örtülmüş şəhər, yaxşı paylanmış yaşıl infrastruktur qızmar yay günlərində enerji tələbatını azaldır ki, bu da enerji qaynaqlarına qənaət etmək deməkdir. Şəhərsalma sadə bir proses deyil, bu həm də memarlıq, nəqliyyat və ətraf mühitin arasındakı inteqrasiyanı asanlaşdırmaq deməkdir.

Ümumiyyətlə, yeni şəhər və ya yaşayış məntəqəsi yaradılarkən əsas məqsəd insan üçün rahat, təhlükəsiz, ekoloji və uzunmüddətli dayanıqlı mühit yaratmaq olmalıdır. Buna görə də bir neçə əsas şərt rəhbər götürülür ki, bunlardan birincisi yer seçimi və təbii şəraitdir.

Bu zaman seysmik təhlükəsizlik birinci nəzərə alınacaq şərtdir. Yaşayış zonası salınarkən zəlzələ riski olan zonalar nəzərə alınmalıdır. Relyef və torpaq strukturu təhlükəli olan - sürüşmə, sel, daşqın riski olan ərazilərdən uzaq durmaq vacibdir. İqlim şəraiti uyğun olmalıdır, küləyin istiqaməti, günəşlənmə, temperatur rejimi vacibdir. Vacib olan şərtlərdən biri, hətta birincisi su mənbələridir, xüsusilə içməli su ehtiyatlarının davamlılığı diqqətə alınmalıdır.

Şəhərsalmada bir vacib şərt də ekoloji davamlılıqdır. Yaşıl zonaların, parkların, meşə zolaqlarının öncədən planlaşdırılması şəhərin qənaətli enerji sərfiyyatçısı olmasının təməlini qoyur. Şəhərin isti iqlimə meylli olmaması üçün ağac sayının bol olması vacibdir. Bundan əlavə açıq su hövzələri, tullantıların çeşidlənməsi və təkrar emalı sistemi, təbii ekosistemlərə minimum müdaxilə də eko-şəhər yaratmağın vacib şərtlərindəndir.

İqlimə uyğun və dayanıqlı planlamadan bəhs etdik yazımızın girişində, bu ən vacib şərtlərdəndir. Sel və daşqınlara davamlı drenaj sistemi, enerji səmərəli binalar - izolyasiya, günəş panelləri ilə enerjiyə qənaət, habelə iqlim risklərinə adaptasiya olan şəhər həm də təhlükəsiz mühit vəd edir.

Şəhərsalmanın bir vacib şərti də nəqliyyat sistemi və hərəkətlilikdir. Piyadalar və velosiped üçün təhlükəsiz yollar, geniş səkilər, ictimai nəqliyyat mərkəzli şəhər planlaması, avtomobil asılılığının azaldılması, parklama sahələrinin balanslı təşkili daha abad bir şəhər deməkdir.

Funksional zonalaşma, yəni yaşayış, iş, təhsil və istirahət zonalarının düzgün bölgüsü də səliqəli şəhər salmağın şərtlərindədir. Bu sistem dünyada “15 dəqiqəlik şəhər” prinsipi adlanır. Yəni yaşadığın ərazinin 15 dəqiqəlik məsafəsində tələbat olan bütün iaşə obyektlərinin olması düzgün salınmış şəhər deməkdir. Əgər məktəb, xəstəxana, mağaza, park kimi yerlərə 15 dəqiqədən uzaq məsafədə yaşayırıqsa biz planlaşdırılmadan salınmış yaşayış məntəqəsində yaşayırıq deməkdir.

Vacib şərtlərdən biri səs-küy və sənaye zonalarının yaşayış məntəqələrindən uzaq yerləşdirilməsi, digər vacib amil də sosial inklüzivlik və rahatlığın təmin olunmasıdır. Əlillər və yaşlılar üçün əlçatan istirahət parkları, ictimai məkanlar, meydanlar, mədəniyyət mərkəzləri də bu rahatlğın bir hissəsidir. İctimai təhlükəsizlik və işıqlandırma sistemləri də şəhərsalmada bərabər paylanmalıdır.

Tikinti normaları və təhlükəsizlik, beynəlxalq tikinti standartlarına uyğunluq, yanğın təhlükəsizliyi, keyfiyyətli və uzunömürlü materiallardan istifadə, tikililərin sıxlığının normativlərə uyğun olması, su və kanalizasiya sistemi, yağış sularının toplanması və yenidən istifadəsi, kanalizasiya və təmizləmə qurğularının işləkliyi, su itkisinin minimuma endirilməsi, gələcək inkişafın və urbanizasiyanın nəzərə alınması, əhali artımı üçün ehtiyat ərazilər, rəqəmsal infrastruktur üçün baza, fövqəladə hallara hazırlıq planları da şəhərsalmanın qızıl qaydalarındandır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi ” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see329

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see312

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see297

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see275

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see268

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see255

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see206

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see200

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see188

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see179

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see175

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see173

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see172

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see170

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see144

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see143

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see142

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri