Şəhərin bir başından o biri başına piyada Bakının görkəmi dəyişir? VİDEO
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda hibrid yaşıl dəhlizlərin yaradılması məsələsi müzakirə olunur. Paytaxtın yaşıllaşdırılması fonunda təqdim edilən layihələrdən biri də “28 May dəhlizi”dir.
Globalinfo.az xəbər verir ki, layihəyə əsasən, dəhliz xətti park vasitəsilə metronun “Gənclik” stansiyası ətrafını Bakı Bulvarı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birləşdirəcək.
Burada tramvay xətləri, ictimai yaşıllıq marşrutları, istirahət və əyləncə zonaları, yaşayış sahələri, eləcə də mədəniyyət və yaradıcılıq məkanlarının yaradılması nəzərdə tutulur. “28 May” hibrid yaşıl dəhlizinin ümumi ərazisinin təxminən 15,6 hektar olacağı bildirilir.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə layihələr şəhərin bir tərəfindən digər tərəfinə piyada rahat hərəkəti mümkün edəcək. Onun fikrincə, hibrid yaşıl dəhlizlər həm şəhərin atmosferini yaxşılaşdırır, həm də yay aylarında temperaturun həddən artıq yüksəlməsinin qarşısını qismən alır.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 03 Mart 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















