Şəhərin mərkəzində necə gəldi park edilən iki “Hyundai” hərəkəti çətinləşdirdi FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində dayanma və durma qaydalarını pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə noyabrın 30-da saat 16:45 radələrində qeydə alınıb. Fotolardan göründüyü kimi, 10-LP-212 dövlət nömrə nişanlı “Hyundai” markalı və 77-HE-862 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillər döngədə, üstəlik piyada keçidinin yanında park edilib. Nəticədə ərazidən keçən piyadalar və sürücülər çətinlik çəkiblər.
Xatırladaq ki, qanunveriliciyə əsasən, piyada keçidlərindən əvvəl 5 metrlik məsafədə avtomobil saxlamaq qadağandır. Eyni zamanda döngələrdə dayanma və durma mümkün deyil, çünki sürücülərin görüş məsafəsini məhdudlaşdırır və qəfil toqquşma ehtimalını artırır. Bu hal ərazidə hərəkətin sıxlaşmasına, nəqliyyat axınının pozulmasına gətirib çıxarır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 01 Dekabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















