Icma.az
close
up
RU
“Şəhərsalma və Memarlıq İli”ndə əsas hədəflər: Qarabağın yenidən qurulması və Bakının inkişafı

“Şəhərsalma və Memarlıq İli”ndə əsas hədəflər: Qarabağın yenidən qurulması və Bakının inkişafı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin ilk mühüm mərhələsini, Konstitusiyanın qəbulunun 30 illiyini və dövlət müstəqilliyimizin bərpasının 34-cü ildönümünü əhatə etməklə milli yaddaşın möhkəmləndirilməsinə mühüm töhfə verdi.

Bu qərar hüquqi dövlət prinsiplərinə sadiqliyin və milli suverenliyin qorunmasının dövlət siyasətində prioritet təşkil etdiyini bir daha nümayiş etdirdi. Bu məntiqi və ideoloji ardıcıllığın davamı kimi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsimizə verdiyi yüksək qiymətdir.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova deyib.

Onun sözlərinə görə, “Şəhərsalma və Memarlıq İli”ndə qarşıda mühüm məqsədlər durur. İlk növbədə, şəhərlərin baş planlarının yenilənməsi, şəhərsalma norma və qaydalarının müasir tələblərə uyğunlaşdırılması, şəhərsalmada memarlıq irsinin qorunması, tarixi binaların inventarlaşdırılması və bərpası, qoruq ərazilərinin genişləndirilməsi və mühafizəsi mexanizmlərinin təkmilləşdirilməsi, müasir şəhər mühiti və infrastrukturunun qurulması, mədəniyyət və istirahət parklarının, meydanların, piyada zonalarının genişləndirilməsi və digər layihələrin icrası ön planda olacaq.

“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri ekoloji cəhətdən təmiz, “yaşıl texnologiyalar”a əsaslanır. Hazırda 30 ilə yaxın bir müddətdə işğal altında qalmış və yerlə-yeksan edilmiş şəhər və qəsəbələrimiz milli memarlıq üslubunda yenidən qurulur. “Şəhərsalma və Memarlıq İli”ndə həmin proses sürətlə davam edəcək.

Son illər ölkəmiz artıq yeni şəhərsalma və memarlıq mərkəzinə çevrilib. Bakıda həyata keçirilən milli memarlıq üslubunda inşa olunmuş binalar, yaşayış kompleksləri, ekoloji təmiz nəhəng şəhərsalma layihələri göz oxşayır. Sevindirici haldır ki, Bakı dünyanın ən təhlükəsiz, ekoloji təmiz turizm şəhərinə çevrilib. Azərbaycan dövləti şəhərsalmaya xüsusi diqqət ayırır.

Belə ki, Bakı şəhərində gözoxşayan mədəniyyət və istirahət parkları salınır, nəqliyyat sistemi insanyönümlü olaraq yenidən qurulur. Paytaxtda 400-ə yaxın park yaradılıb və ya yenidən təmir edilib. Bu istiqamətdə həyata keçirilən siyasətin ana fəlsəfəsi dayanıqlı şəhər infrastrukturunun qurulması, sakinlər və turistlər üçün yüksək şəraitin yaradılmasıdır”,- deyə o əlavə edib.

“Dendrologiya Bağı” olaraq dövlət başçısının çağırışlarına və elan olunan ilin ruhuna uyğun fəaliyyətimizi quraraq işlərimizi sürətləndirmişik. Dendrologiya Bağının qorunması, bağ ərazisindəki bitki növlərinin, yaşıllıq sahələrinin genişləndirilməsi, zənginləşdirilməsi, onlara qulluq edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin mühafizəsinin təşkili, eyni zamanda, bitkilərin xəstəlik və zərərvericilərinə qarşı yüksək səmərəliliyə söykənən inteqrir mübarizə tədbirlərinin hazırlanmasını həyata keçiririk.

Ölkə rəhbərliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, yaşıl şəhər, ekoloji təmiz ətraf mühit və dayanıqlı şəhər inkişaf strategiyasına Bakı şəhərinin Xəzər rayonunda, bütövlükdə Abşeron yarımadasında dəstək vermək əsas məqsədlərimizdəndir. “Şəhərsalma və Memarlıq İli”ndə qarşıda duran məqsədlərə əməl etmək hər bir vətəndaşın, alimin, məmurun, vətəndaş cəmiyyəti fəalının ümdə vəzifəsi olmalıdır”, - deyə S.Bağırova qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri