“Şəhərsalma və Memarlıq İli” Qarabağın daha innovativ və zövqlü qurulmasına öz töhfələrini verəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"XXI əsrin ilk illərindən başlayaraq Azərbaycan, paytaxt Bakı şəhəri də daxil olmaqla geniş tikinti meydançasına çevrilmiş və tikinti sənayesi qeyri-neft sektorunun aparıcı sahəsi olmuşdur. Sürətlə böyüyən tikinti şirkətləri təkcə ölkə daxilində deyil, həmçinin xarici ölkələrdə də uğurlu layihələrə imza atmışdırlar".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O, prezidentin imzaladığı sərəncam əsasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinə də diqqət çəkib və bildirib ki, bu addım Qarabağ və Şərqi Zəngəzurda tikinti və yenidənqurma işlərini yeni bir mərhələyə keçirəcək:
"Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda həyata keçirilən tikinti quruculuq işlərinin ilk illərində əsasən böyük infrastruktur layihələri həyata keçirildi və yaşayış üçün alt zəmin hazırlandı. Bundan sonra isə daha çox yaşayış məntəqələrinin tikintisi nəzərdə tutulur. Məhz bu səbəbdən yeni şəhərsalma və memarlıq yanaşmalarının tətbiqi, bu sahəyə marağın stimullaşdırılması üçün 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi. Heç şübhəsiz ki, tikinti sahəsində çalışan elm adamlarımız, arxitektor və memarlarımız dövlətin yaratmış olduğu bu fürsətdən yararlanacaq və Qarabağın, Şərqi Zəngəzurun daha innovativ və zövqlü qurulmasına öz töhfələrini verəcəklər".
Süleyman
Bu mövzuda digər xəbərlər:“Şəhərsalma və Memarlıq İli”: Hansı dəyişikliklər gözlənilir?
23 Dekabr 2025 11:24
Tərəqqi və yüksəlişin davamı “Şəhərsalma və Memarlıq İli”
23 Dekabr 2025 10:56
Vüqar Rəhimzadə: “Şəhərsalma və Memarlıq İli” ölkəmizin şəhərsalma və memarlıq ənənələrinin təbliğində mühüm rol oynayacaq
22 Dekabr 2025 18:36
“Şəhərsalma və Memarlıq İli” Azərbaycana yüksəliş və gözəllik gətirəcək
24 Dekabr 2025 12:29
““Şəhərsalma və Memarlıq İli” mühüm dönüş nöqtəsi olacaq” ŞƏRH
23 Dekabr 2025 17:03
Baxış sayı:39
Bu xəbər 26 Dekabr 2025 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















