Icma.az
close
up
RU
Şəhərsalmada yeni dövr: “Ölkə başçısının apardığı uğurlu siyasətin...”

Şəhərsalmada yeni dövr: “Ölkə başçısının apardığı uğurlu siyasətin...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənəddə vurğulanır ki, çoxəsrlik zəngin şəhərsalma və memarlıq ənənələrinə malik olan Azərbaycanda bu sahənin inkişafı, milli irsin qorunması və müasir çağırışlara uyğun şəhər mühitinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

“Cebheinfo.az”a açıqlamasında Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, bu qərar, ölkə başçısının apardığı uğurlu siyasətin və xalqımızı inamla apardığı yolun növbəti mühüm qələbəsidir:

“Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncam və 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması bir daha dövlətimizin inkişafa doğru, əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətdir. 

Şəhərsalma və memarlıq insan fəaliyyətinin ən qədim növlərindən biridir. Minilliklər öncə salınmış şəhərlərimizin qalıqlarının bu gün arxeoloji qazıntılar zamanı üzə çıxarılması da bunun əyani sübutudur. Bu fakt onu göstərir ki, şəhərsalma və memarlıq mədəniyyəti Azərbaycan xalqında tarixən çox yüksək səviyyədə formalaşıb.  

İmzalanan Sərəncam bir daha təsdiq edir ki, bu istiqamətdə işlər davam etdiriləcək. Yəni bu gün şəhər və qəsəbələrimizdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq və yaradıcılıq işləri qarşıdakı dövrdə daha da genişmiqyaslı olacaq”.

O qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir:

“Gələn ilin may ayında ölkəmizdə “WUF13” - Beynəlxalq Şəhərsalma Forumu keçiriləcək. Eləcə də Azərbaycanın görkəmli şəxsiyyəti, memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin 900 illiyi qeyd olunacaq.

Bu günədək ətraf xalqların heç birində, qədim dövrdən etibarən fəaliyyətdə olmuş bir memarın adının qorunub saxlanıldığını bilmirəm. Yəni 900 il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvi epoxası (yunanca "dayanacaq" mənasında) vardı. Bu fakt onu göstərir ki, Nizami dövründən günümüzə qədər memarlıq sənətinə xalqımızın münasibəti yüksək səviyyədədir. 

Bu Sərəncamın imzalanmasına görə möhtərəm Prezidentimizə təkcə memarlar və şəhərsalma mütəxəssisləri adından deyil, bütövlükdə Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Açar sözlər: Şəhərsalma Elbay Qasımzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri