Səhhətində narahatlıq var Vəkili Rəqsanə ilə görüşdü
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır".
Bunu "Unikal"a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.
"Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Vəziyyəti qənaətbəxşdir. İstintaq sirri olduğu üçün bəzi söhbətləri açıqlaya bilmirəm. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm ki, versinlər mənə ki, onları məhkəməyə təqdim edim. Saxlanılan şəxslərin orda həftədə iki dəfə telefonla danışmaq imkanı yaradılır. Amma Rəqsanə İsmayılova yeni tutulduğuna görə Fazil bəy və ya övladları ilə danışdığını düşünmürəm. Hələlik, Fazil bəylə də danışmamışam".
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilib.
Zaurə Əmirova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















