Icma.az
close
up
RU
Şəhid ailələri Zəngilana səfər etdilər

Şəhid ailələri Zəngilana səfər etdilər

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup şəhid ailəsi üzvlərinin Zəngilan rayonuna səfəri təşkil olunub.

Modern.az xəbər verir ki, fəxri qonaqlar işğaldan azad olunmuş torpaqlara qayıdışın ilk ünvanı olan Ağalı kəndində keçirilən “İgidlərin sözü” bədii-musiqili proqramın qonağı olublar.

Ağalı Hoteldə keçirilən bədii-musiqili tədbirin iştirakçıları Vətən Müharibəsi qaziləri - şair və musiqiçilərin ifasında "İgidlərin sözü" bədii-musiqili kompozisiya təqdim olunub.  “Söz” İncəsənət Multidisiplinar Mərkəzinin hazırladığı proqramda tar, ud alətlərinin müşaiəti ilə vətənpərvərlik mövzusunda Vətən müharibəsi qazisinin ifasında mahnılar ifa olunub, qazi şairlər isə öz şeirlərini səsləndiriliblər. Daha sonra bədii proqramın ifaçıları ilə şəhid valideynləri arasında yaranmış ünsiyyət zamanı qazi və şəhidlərimizin döyüş yolundan, tarixi zəfəri təmin edən Şanlı ordumuzdan, igid əsgər və zabitlərimizdən bəhs edilib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ünvanına minnətdarlıq hissləri ifadə edilib.

Ağalı Hotelin qarşısında səfalı mənzərəsi olan gölün sahilində açıq havada keçirilən tədbirə yerli sakinlər və ərazidə çalışanlar da qatılıb.

Ertəsi gün səfəri çərçivəsində qonaqlar ötən ay ölkə başçısı tərəfindən açılışı baş tutmuş Zəngilan şəhər yaşayış kompleksi ilə tanış olub, yeni evlərdə məskunlaşmış sakinlərlə görüşüblər.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hər il təşkil etdiyi Silahlı qüvvələr Günü şəhid ailəsi üzvlərinin səfərləri ənənəvi olaraq Zəngilan Məscidində tamamlanıb. Məscidin axundu Şəhid ailələrinə işğal dövründə dağıdılmış ibadət ocaqlarınız haqqında məlumat verib, keçmiş Zəngilan məscidinin konservasiya edilmiş binasındakı sərgi ilə tanış edib. Sonda Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna namaz qılınıb, dualar oxunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri