Icma.az
close
up
RU
Şəhid ailələri Qarabağa səfər ediblər

Şəhid ailələri Qarabağa səfər ediblər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 avqust, AZƏRTAC

Xaçmaz rayonundan olan şəhid ailələrinin nümayəndələri, qazilər, ağsaqqallar və ziyalılardan ibarət 62 nəfərlik qrupun Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xankəndi–Şuşa–Laçın–Zəngilan istiqamətində iki günlük səfəri baş tutub.

Artıq üçüncü ildir ki, deputat Ağalar Vəliyevin şəxsi təşəbbüsü ilə təşkil olunan bu səfərlər Qarabağın tarixi, mədəni və mənəvi irsi ilə yaxından tanış olmaq, Böyük Qayıdış çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərini yerində görmək baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, iki gün ərzində səfər iştirakçıları Qarabağın müxtəlif bölgələrində tarixi və mədəni əhəmiyyət daşıyan məkanları, eləcə də azad olunmuş ərazilərdə yaradılan yeni şəhər və kəndləri ziyarət ediblər. Ağdamda Muğam Mərkəzi, Şəhidlər xiyabanı və Cümə məscidi ilə tanışlıq olub. Xankəndidə Qarabağ Universitetinə və Zəfər Parkına baş çəkilib.

Səfərin dayanacaqlarından biri Şuşa olub. İştirakçılar Cıdır düzündə Qarabağın möhtəşəm mənzərəsini seyr edib, Şuşa qalasını, güllələnmiş büstləri və Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Şuşanın hər qarışında Azərbaycanın zəngin tarixi və mədəni irsinin izlərini görmək səfər iştirakçılarına xüsusi hisslər yaşadıb.

Laçın səfəri də böyük maraqla qarşılanıb. Qrup Zabux qəsəbəsində, Ceyran Qızlar bulağında və seyrangahda olub. Zəngilan rayonunda isə Ağalı kəndinə səfər edilərək, burada həyata keçirilən quruculuq işləri ilə yaxından tanışlıq baş tutub.

Səfərin xüsusi məqamlarından biri şəhidlərimizin Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşdüyü torpaqları onların ailə üzvlərinin, övladlarının öz gözləri ilə görməsi olub. Şəhid ailələri üçün bu məkanlara səfər sadəcə bir tur deyil, həm də övladlarının qəhrəmanlıq yoluna, onların uğrunda canlarından keçdiyi torpaqlara mənəvi bir ziyarətdir.

İştirakçılar, eyni zamanda, Qarabağda son illərdə həyata keçirilən nəhəng quruculuq və abadlıq layihələrinin şahidi olublar. Yenidən qurulan şəhər və kəndlər, müasir infrastruktur, yeni yollar, yaşayış məhəllələri və sosial obyektlər Böyük Qayıdışın miqyasını bir daha əyani şəkildə nümayiş etdirib.

Qarabağın füsunkar təbiəti, axarlı-baxarlı torpaqları, tarixi abidələri və sürətlə yenilənən yaşayış məntəqələri səfər iştirakçılarında xoş təəssürat yaradıb.

Şəhid ailələrinin nümayəndələri, qazilər, ağsaqqallar və ziyalılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar bu cür təşəbbüslərin Qarabağın Zəfər tarixinin canlı şəkildə yaşadılması, insanların azad edilmiş ərazilərlə daha yaxından tanış olması və Böyük Qayıdış prosesinin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Avqust 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri