Icma.az
close
up
RU
Şəhid analarından həmdərdlərinə çağırış: “Balalarınızın ruhunu incitməyin” FOTO

Şəhid analarından həmdərdlərinə çağırış: “Balalarınızın ruhunu incitməyin” FOTO

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çayxanalara, kababxanalara şəhid övladlarınızın şəkilləri ilə getməyin, ora ziyarətgah deyil”

44 günlük Qarabağ müharibəsindən 5 ilə yaxın vaxt keçsə də, bu savaşda yaşananlar dünən-srağagün baş vermiş hadisələr kimi xatirələrdədir. İstər hərbçilərimizin qəhrəmanlığı, istər də xalqımızın Ali Baş Komandanın ətrafında bir nəfər kimi birləşməsi qürurverici anlar, tariximizin bir parçası olaraq heç zaman yaddaşlardan silinməyəcəkdir. Şübhəsiz, Azərbaycan var olduqca bu şərəfli tarixi bizə yaşadanlar – şəhidlərimiz, qazilərimiz də gələcək nəsillər tərəfindən sayğı ilə anılacaqdır.

Əlbəttə, heç bir savaş itkisiz, ağrı-acısız bitmədiyi kimi, Azərbaycan xalqının Vətən Müharibəsi də sevinc və qürur hissi ilə yanaşı, özü ilə kədər, qəm-qüssə də gətirdi. Xalqımız bu savaşda 3 min nəfərdən çox qəhrəman hərbçisini itirdi. Hansı ki, müqəddəslik zirvəsinə ucalan o şəhidlərin hər biri dövlətimiz tərəfindən daima yad edilir, onların qəhrəmanlıqları haqda tarixi salnamələr yazılır, filmlər çəkilir, dastanlar qoşulur, eləcə də ailə üzləri, yaxınları daim diqqət mərkəzində saxlanılır. Bir sözlə, dövlətimiz ilk gündən etibarən şəhid ailərinin yanında olduğunu nümayiş etdirir və heç bir şəhid valideyni, övladı, xanımı və s. diqqətdən, qayğıdan kənarda deyil. O cümlədən, bəzən bu istiqamətdə ayrı-ayrı vətəndaşlarımız tərəfindən də müxtəlif təşəbbüslər irəli sürülür, insanlar şəhid yaxınlarını tək qoymamağa, onların ağrı-acısına məlhəm olmağa çalışırlar.

Amma, çox təəssüflə qeyd olunmalıdır ki, bəzən bu məsələdən sui-istifadə edənlər, “şəhid ailələrinə qayğı” adı altında şəxsi maraqlarını güdənlər, öz ciblərini doldurmağa çalışanlar da olur. Məsələn, zaman-zaman hansısa sosial şəbəkədə “şəhid ailərlərinə dəstək” adı altında yardım kampaniyası təşkil edildiyinin şahidi oluruq. Üzücü haldır ki, bu cür işbazlar onların səmimiyyətinə inanan bəzi şəhid yaxınlarını da öz çirkin əməllərinə alət edirlər. Tutaq ki, onların iştirakı ilə hansısa tədbir keçirmək adı altında əvvəlcədən müxtəlif insanların - xeyirxah iş adamlarının, bu mövzuya həssas yanaşan vətəndaşlarımızın və s. qapısını döyərək, pul, yardım toplayırlar. Halbuki, şəhid adı altında yardım toplanılmasının özü ən böyük yanlışdır. Ən azı ona görə ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu gün şəhid ailələri dövlətin himayəsindədir və onlar yardıma möhtac buraxılmayıb. Digər tərəfdən, 5 il keçməsinə baxmayaraq, hələ də oğlunun vəfatı ilə barışmayan şəhid valideynlərini, xüsisilə də şəhid analarını bu cür “pulyığma kampaniyaları”na alət etmək şəhid ruhuna hörmətsizlikdir. Kimsənin də şəhid ruhunu incitmək haqqı yoxdur və ola da bilməz.

Yeri gəlmişkən, dünən “Tik-Tok” platformasında qarşımıza çıxan bir paylaşım da dediklərimizin bariz nümunəsi hesab oluna bilər. Söhbət yenə də ortada yardım toplanılması faktından gedir. Elə adı da “Yardım yolu” olan səhifədə bir qrup şəhid anasının Qarabağa – övladlarının qanı tökülən ərazilərə səfərinin təşkil olunduğu haqda məlumat verilir. Əlbəttə, niyyət saf olsa, bu cür təşəbbüsləri alqışlamaq olar. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, heç bir halda şəhid anaları kimlərinsə şəxsi maraqlarına qurban verilməməlidir. Onların səmimiyyətindən istifadə edib, hansısa yanlışa sürükləməklə övladlarının ruhu incidilməməlidir.

Diqqət edək, daha çox hansısa çayxananın, yaxud kababxananın reklamı üzərində qurulan çəkiliş zamanı şəhid anaları əllərində oğullarının rəsmlərini tutaraq, qrup halında yeməyə dəvət olunurlar. İlk baxışdan rastlaşdığım bu mənzərə heç də ürəkaçıcı olmadığı üçün videonun rəy bölümünə diqqət etdim. Görünən o idi ki, təkcə mən bu fikirdə deyildim, əksəriyyət havayı yemək üçün şəhid analarının övladlarının fotoları ilə kababxanaya daxil olmasının əleyhinə status yazmışdı. Hətta bu mənzərəyə etiraz edənlər arasında şəhid anaları da var idi. Məsələn, onlardan biri, “Kimlərəsə kart atıb, qazilərin, şəhid analarının, şəhid övladlarının adından pul yığmağa ehtiyac yoxdur. Cənab Prezidentimiz, Mehriban xanım, Heydər Əliyev Fondu bizə yetərincə qayğı göstərir. Bir sosiska, bir yumurtaya görə anaları alçaltmayın”, - deyə yazırdı.

Həmçinin, “Balamızın şəkillərindən istifadə edib, çayxanada pulsuz çay içmək düzgün deyil”, - yazan da vardı. Maraqlısı o idi ki, səhər yenidən həmin səhifəyə diqqət edəndə bu tədbirin əleyhinə yazılan statusların bir çoxunun silindiyinin şahidi olduq(Bəzi statusları yazının sonunda təqdim edirik - FOTO). Səhifəni idarə edən şəxs isə, nə qədər təəccüblü olsa da, tənqidlərə “qeyrətiniz var, gəlin siz də yardım edin”, - deyə reaksiya vermişdi.

Bir daha qeyd edək ki, həmin tədbirdə iştirak edən şəhid analarının heç birini qınamaq olmaz. Onlar övladlarının qanı tökülən ərazilərə səfər etmək üçün bu yola çıxıblar. Çox güman ki, o şəkilləri də məhz mənzil başında qaldırmaq, xatirə fotosu çəkdirmək üçün özləri ilə götürüblər, kimsə onu kababxanada havayı yemək məqsədilə aparmayıb. Amma çox təəssüf ki, təşkilatçıların yanlışı, yaxud qeyri-peşəkarlığı səbəbindən bu cür xoşagəlməz mənzərə yaranıb.

Əlbəttə, etiraz statuslarında deyildiyi kimi, şəhid analarının övladlarının şəkillərini hansısa ziyarətgaha, tutaq ki, Kəbəyə, Məkkəyə gedən zaman əllərində açıq halda saxlaması normal qarşılanardı. Lakin bu cür fotolarla çayxanaya, kababxanaya getmək heç də xoşagələn mənzərə deyil və qınaqlar da tamamilə haqlıdır.

Üstəlik, sonradan həmin fotoları, eləcə də dövlət bayrağımızı qatlayıb stulun başına qoymaq və arxanı ona söykəyib yeməyə başlamaq da ikinci bir yanlışdır. Görünür, məhz bunları nəzərə alan bəzi şəhid anaları bu tədbirə qatılan həmdərdlərinə - şəhid analarına “övladlarınızın ruhunu incitməyin”, - deyə çağırış ediblər. Şübhəsiz, bu çağırışçılara da haqq qazandırmamaq mümkün deyil.

Sonda isə bir daha qeyd edək ki, zənnimizcə, belə xoşagəlməz hadisələrin yaşanmaması, ən əsası isə şəhidlərimizin ruhlarını incitməmək üçün bu cür tədbirlər dövlət nəzarəti altında keçirilməlidir. İkincisi isə, şəhid adı ilə təşkil olunan tədbirlər sosial şəbəkələrdə təşkil olunan yardım kampaniyaları ilə baş tutmamalıdır. Məsələn, biz indiyədək, xüsusilə də Heydər Əliyev Fondunun dəstəyi ilə onlarla bu cür tədbir keçirildiyinin şahidi olmuşuq. Hansı ki, istər şəhid valideynləri, istər şəhid xanımları və övladlarının iştirakı ilə baş tutan bu təbdirlərin çox yüksək səviyyədə təşkil olunduğu haqda mətbuatda çoxsaylı faktlar mövcuddur. Bu tədbirlərin hər biri böyük ruh yüksəkliyi ilə başlayıb, o cür də başa çatıb. Doğrudur, əksər hallarda bu tədbirlər haqda mediaya məlumat verilməsinə, sosial şəbəkələrdə reklam xarakterli paylaşımlar edilməsinə ehtiyac da duyulmayıb. Çünki məqsəd şəhid valideynlərinin, şəhid xanımlarının və övladlarının könlünü xoş tutmaqdır. Bu işdə isə nə dövlətin reklama ehtiyacı var, nə də bu cür tədbirlərin təşkilatçılarının. Odur ki, bundan sonra da şəhid adı altında keçirilən hər bir tədbir zamanı daha diqqətli olmalıyıq. Çünki, vətəndaş və xalq olaraq başlıca məqsədimiz şəhid ruhlarını uca tutmaqdır, onlar incitmək deyil. (Hurriyyet.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 İyul 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see260

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see171

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see149

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see146

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see124

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see121

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see121

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see119

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see119

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see117

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see117

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see116

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see116

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see115

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see113

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri