Şəhid anası: “Düşünə bilmədiyimiz bir möcüzəni bizə yaşatdınız“ VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Moderator.az xəbər verir ki, "Vətənə xidmətə görə" ordeninin sahibi şəhid Ziyadxan Əliyevin anası Prezidentlə görüşdə Azərbaycan Ordusunun gücündən, xalqın birliyindən və qazanılan zəfərdən danışıb.
O, çıxışında minnətdarlığını ifadə edib:
"Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın".
Şəhid anası daha sonra dövlət başçısına dəstəyini belə ifadə edib: "Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz".
Baxış sayı:46
Bu xəbər 07 Noyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















