Icma.az
close
up
RU
Şəhid anası “sağ olun!” deyir

Şəhid anası “sağ olun!” deyir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu günlərdə “Xalq qəzeti” redaksiyasına Xaçmaz rayonundan olan şəhid anası Bəxtikə Səlimovadan bir məktub daxil olub. 77 yaşlı ağbirçək ananın qəlbindən dilinə axan səmimi ürək sözləri bizi çox həyəcanlandırdı. Orada yazılır:

“Hörmətli redaksiya! Mən Birinci Qarabağ müharibəsində Vətəni qorumaq üçün könüllü cəbhəyə yollanan, orada 2 il ərzində ağır döyüşlərdə vuruşan, ad çıxaran, Kəlbəcərdə Ömər aşırımındakı savaşda qəhrəmancasına həlak olan şəhid Arif Səlimovun anasıyam. Doğma torpaqlarımız, Azərbaycanımız uğrunda canını qurban verən bir igidin anası olmağımla sonsuz qürur duyuram.

Arif balam şəhadətə qovuşanda cəmi 22 yaşı vardı. Arifi bəy libasında görməyi çox arzulayırdım... Nə gizlədim, yuxularımda dəfələrlə Arifin toyunda oynamışam... Bu sözləri yazarkən ürəyimdən dərin bir sızıltı keçdi. Şəhid anası olmaq ağır dərddir. Bunun nə qədər acı, kədərli olduğunu yalnız şəhid anaları bilər! Mən heç kimə heç vaxt övlad itkisinin ağrısını çəkməyi arzulamıram. Mən çox istəyirəm ki, sülh olsun, analar, gəlinlər gözü yaşlı qalmasınlar!

Biz şəhid anaları tək deyilik. Dövlətimiz, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sağ olsunlar. Onların birbaşa göstərişi ilə ölkəmizdə şəhid ailələrinə və qazilərə hər cür diqqət və qayğı göstərilir. Bütün bunlar isə bizə böyük təskinlik olur.

Hörmətli redaksiya! Mənim bu müraciəti sizə ünvanlamaqda məqsədim Xaçmaz Rayon İcra Hakimiyyəti aparatının kollektivinin oğlum Arifin, eləcə də Qaraqurtlu qəbiristanlığında uyuyan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarının abalaşdırılması üçün gördükləri işlərə görə razılığımı bildirməkdir. Minnətdarlıq etmək istəyəndə də deyirlər ki, “bu, bizim borcumuzdur!”

Hər dəfə oğlumun məzarını ziyarət etməyə gedəndə, ətrafın səliqə-sahmana salındığını, rəngarəng gül-çiçəyi, bayraqların yeniləndiyini görəndə belə diqqət və qayğıya görə zəhməti olanlara ürəkdən “sağ olun!” deyirəm.

Çapa hazırladı:
Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri