Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib?
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəhid anasının həyatını itirdiyi ağır qəzanın bəzi təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Goranboy rayonunun Todan kənd sakini, şəhid anası Naqilə Həsənəliyevanın həlak olduğu qəza zamanı avtomobildə daha iki nəfər olub.
Hadisə günü mərhum Todan kənd icra nümayəndəsinin müavini və digər bir kənd sakini olan qadınla birlikdə Gəncə şəhərindən şəhid ailələri ilə görüşdən qayıdırmış.
Belə ki, Todan kəndində "Niva" markalı avtomobilin sürücüsü digər sərnişin olan qadını düşürmək üçün nəqliyyat vasitəsini saxlayıb. Sərnişinin avtomobildən düşməsinə kömək etmək məqsədilə sürücü də maşından enib.
Hər iki şəxs avtomobildən düşdükdən sonra nəqliyyat vasitəsi qəfil hərəkətə gələrək dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə nəticəsində həyatını itirən Naqilə Həsənəliyeva 1991-ci ildə, 6 yaşında şəhid olan Sirac Həsənəliyevin anasıdır.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 04 Noyabr 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















