Icma.az
close
up
RU
Şəhid atasının yubiley tədbiri ŞƏRH

Şəhid atasının yubiley tədbiri ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mən var yox bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Amma az da olsa onları yaşada, əbədiləşdirə bilmək bizə rahatlıq verir.
Baş leytenant Vüsal Kazımov iki ali təhsil alan, Uşaq Gənclər İdman məktəbinin direktoru işləyən, vətənpərvər bir gənc olaraq yeganə məmur övladı olub ki, könüllü cəbhəyə yazılıb və şəhid olub. Digər məmur övladları kimi mən uşağımı gizlətməmişəm.”
Astara Pedaqoji Kollecinin direktoru, Lənkəran Dövlət Universitetinin professoru Kamran Kazımov Vətənini, xalqını sevən, məhz bu məqsədlə yaşayıb-yaradan əsl ziyalı, kamil şəxsiyyət, dosent, filologiya elmləri doktoru, professor, şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Şahverən oğlu Kazımov yaxşılıq gözündə ucala-ucala ömrünün 65 ilini yola saldı. Kamran müəllim ucaldığı müdriklik zirvəsindən geriyə boylananda ötən illərin hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür və bununla ruhən, cismən rahatlıq tapır, qürur duyur, millətin döyünən ürəyi, düşünən beyni olaraq şərəfli həyat yolunu davam edir. Hər gördüyü işdə fədakar ziyalı, xalqını, yurdunu halal bir məhəbbətlə sevən ləyaqətli bir vətəndaş olduğu yaxşı görünür.

Kamran Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatıb. Elə doğma elində- məzunu olduğu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində 65 illik yubileyinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı, uzun müddət yaddaşlardan silinməyən bir tədbir keçirildi.
Tədbirdə əvvəlcə Kamran müəllimin nəvələri- şəhid baş leytenant Vüsal Kazımovun övladları Nuray və Aynur musiqi müəllimi Sevin Əliyevanın pianoda müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxudular və Vətən yolunda özlərini qurban verən zəfər şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Ağamməd Səmədovun, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın , Lənkəran Dövlət Universitetinin və Astara Pedaqoji Kollecinin əməkdaşlarının, məktəb rəhbərlərin, rayon ictimaiyyətinin nümayəndələrin, yubilyarın ailə üzvlərinin, qazi və şəhid ailələrin, eləcə digər qonaqların yer aldıqları tədbirdə Kamran müəllimin 65 illik yubileyini təbrik edərək onun həyat və fəaliyyət yolunun elmə, təhsilə və Vətənə xidmətin parlaq nümunəsi olduğunu bildirən məktəbin direktoru Ramiz Ramazanov daha sonra dedi:- Nəcib həyat amalı, saf niyyəti xalqın, dövlətin mənafeyi naminə yönələn Kamran müəllimin uzun illər pedaqoji sahədə qazandığı uğurları, yetişdirdiyi kadrları və cəmiyyətə verdiyi töhfələri çox dəyərlidir. Həmçinin şəhid atası kimi göstərdiyi mətanət və iradəsi onun doğma Vətəninə nə qədər ürəkdən bağlı olmasından xəbər verir. Yüksək zəkası, fitrətən xalq adamı olması, zəngin mənəvi aləmi hər kəsə örnəkdir.
Çıxış edərək Kamran müəllimlə bağlı xoş xatirələrini bölüşüb, onun uzun illər davam edən səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və insanlıq keyfiyyətlərindən söz açan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov onu da vurğuladı ki, Kamran müəllim yüksək dəyərlərə malik ziyalı və nümunəvi pedaqoq kimi böyük nüfuz sahibidir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan bu gözəl insana sağlam ömür arzu edirəm.
“Hər bir insanın dəyəri onun öz xalqı üçün gördükləri ilə ölçülür. Kamillik və mənəviyyat zirvəsinə ucalan, böyük həvəslə insanlara səmimi xidmət etmək iç dünyasından, mənəvi aləmindən qaynaqlanan Kamran Kazımovun həyatı buna gözəl nümunədir. ” Bu səmimi fikirlər isə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun çıxışından götürülüb.

Çıxış edən digər natiqlər Kamran müəllimin gənclik dövründən elmə və təhsilə böyük maraq göstərdiyini, çalışqan, intizamlı və məsuliyyətli olduğunu, pedaqoji fəaliyyətə başladığı dövrdən etibarən biliyini, bacarığini şagird və tələbələrin təlim-tərbiyəsinə yönəldiyini, uzun illər ərzində yüzlərlə savadlı kadr yetişdirərək gənc nəslin formalaşmasında mühüm rol oynadığını dedilər. Eyni zamanda onun insani keyfiyyətləri – səmimiyyəti, təvazökarlığı, ədalətliliyi və insanlara qayğıkeş münasibəti xüsusi vurğulandı. Çıxışlarda onun ailə dəyərlərinə sadiqliyi, xüsusilə şəhid atası kimi göstərdiyi mətanət və səbir dərin ehtiramla qeyd olundu, həyat yolunun gələcək nəsillər üçün örnək olacağı diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində məktəb şagirdlərinin və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin ifasında şer, musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılandı və dəfələrlə alqışlandı.

Sonda çıxış edən yubilyar Kamran Kazımov ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkür etdi. Daha sonra o, keçdiyi həyat yolundan, müəllimlik fəaliyyətindən və bu yolda qazandığı təcrübələrdən söz açdı, təhsilin insan həyatında oynadığı mühüm rolundan danışdı. Ona göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi, eləcə tədbirə qatılan hər kəsə minnətdarlığını bildirməklə onlara möhkəm can sağlığı və uğurlar arzuladı.
Yubiley tədbiri iştirakçılarla birlikdə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyini üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri