Icma.az
close
up
RU
Şəhid bacısına “Firidun bəy Köçərli” mükafatı təqdim edilib

Şəhid bacısına “Firidun bəy Köçərli” mükafatı təqdim edilib

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün “Firidun bəy Köçərli” mükafatı Şamaxı rayonu Dağ Göylər kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Quliyevaya təqdim edilib. Aysel müəllim Vətən müharibəsində şəhid olan, tarix müəllimi Elgün Quliyevin bacısıdır. 

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, müəllim müasir tədris modelləri və beynəlxalq təcrübələrin orta təhsil mühitindəki faydalı tətbiqinə görə ayiq görülüb.

Mükafat AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı tərəfindən təqdim olunub.

Məlumat üçün bildirək ki, Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub. 2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Tarix müəllimliyi” ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub.

Elgün Quliyev ziyalı ailəsində böyüyüb. Anası Qənirə Quliyeva, eləcə də bacıları uzun illərdir ibtidai sinif müəllimi kimi fəaliyyət göstərərək təhsilin inkişafına töhfə verirlər.

Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata bu il Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, “ADA” Universitetinin professoru Fariz İsmayılzadə, Qarabağ  Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə, DİM-in departament müdiri Natiq Əliyev, Qarabağ Universitetinin müəllimi Arzu Şükürova, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri, Bakı şəhəri 144 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru İlahə Həmidova və Şamaxı rayonu Dağ Göylər kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Quliyeva layiq görülüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri