Icma.az
close
up
RU
Şəhid fotolanı rəngləmək tapşırığını kim verib? VİDEO

Şəhid fotolanı rəngləmək tapşırığını kim verib? VİDEO

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə diqqətçəkən paylaşım edib

“Cebheinfo.az” xəbər verir ki, o, "Instagram" hesabında küçədə aparılan təmir işləri zamanı şəhid şəklinin boyandığını əks etdirən video yayımlayıb. Tarix Əliyev paylaşımında bildirib ki, rəhbər şəxslərin vəzifə səlahiyyətlərini icra edərkən şəhid ailələrinin və vətəndaşların hisslərini nəzərə almaması insanlarda haqlı narazılıq yaradır: "Sonra da deyirlər ki, bəzi icra başçılarını yerli sakinlər sevmirlər. Axı niyə sevsinlər? Çünki onlar tapşırıq verəndə insanların hisslərini, şəhid ailələrinin qəlbini düşünmürlər. Abadlıq adı ilə iş görmək olar, amma bunu da vicdanla, insana hörmətlə etmək lazımdır. Əgər şəhidlərin şəkilləri divardan çıxarılırsa, valideynlərə izah edilməliydi ki, burada təmir işləri aparılır, şəkillər isə sonra yenidən qoyulacaq. Yaxud da deyilməliydi ki, şəkilləri müvəqqəti evinizdə saxlayın. Bu qədər sadə!" 

T.Əliyev məsələni ciddi hörmətsizlik kimi qiymətləndirib: "Amma məsələ belə həll olunmur. Çünki bəziləri kresloda oturub yalnız göstəriş verməyi bacarır, amma insanın qəlbinə toxunmamağı bacarmır. Dövlət başçısı hər dəfə şəhidlərdən danışanda gözləri dolur, şəhidlərimizə xüsusi önəm verir, onların ruhunu uca tutur. Amma bəzi məmurların hərəkətləri sanki bunun tam əksini göstərir. Onlar elə addımlar atırlar ki, anaların, vətəndaşların nifrətini qazanırlar". 

Prodüser hadisənin hansı rayonda baş verdiyini bilmədiyini qeyd edib, lakin məsul şəxsin dərhal cəzalandırılmalı olduğunu vurğulayıb: "Mən bilmirəm bu hadisə hansı rayonda baş verib. Amma bir şeyi dəqiq deyirəm ki, belə tapşırıq verən şəxs dərhal işdən qovulmalıdır. Çünki bu, sadəcə bir səhv deyil, bu, şəhidin ruhuna, valideynin ürəyinə, vətəndaşın hissinə hörmətsizlikdir". 

Qeyd edək ki, Tolikin paylaşımına şərh yazan izləyicilər hadisənin Göygöl rayonunda, Alban evləri adlanan ərazidə baş verdiyini bildiriblər. Onların sözlərinə görə, sözügedən yer keçmiş Xanlar rayonu ərazisinə düşür və Göygöl vağzalının yaxınlığında yerləşən, “Kapital Bank”a gedən yoldur. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

https://www.instagram.com/reel/DNfZuTqMewa/?igsh=N25ydGR0cW5xb2U0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri